“Real” ilə yenidən anlaşdı

16.04.2023 16:27 276
Dünya futbolu
Toni Kroos karyerasını “Real”da davam etdirəcək. Onun tezliklə klubu ilə müqaviləsini yeniləyəcəyi xəbər verilib.

“Football-plus.az” xəbər verir ki, bu məlumatı Nikolo Skira yayıb. İtaliyalı jurnalist Kroosun yeni müqaviləsinin müddətinin hansı ilə qədər nəzərdə tutulduğuna aydınlıq gətirməyib. 33 yaşlı yarımmüdafiəçi İspaniya klubunda 2014-cü ildən oynayır. Toninin əvvəlki anlaşmasının vaxtı cari mövsümün sonuna qədər idi.