 
Xviça Kvaratsxeliyanın “Napoli”də qalmaq perspektivinə böyük ölçüdə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, gürcü futbolçu klubu ilə yenidən anlaşıb. Məlumatı yayan Nikolo Skira onun yeni müqaviləsinin müddətinin 2028-ci ilin yayına qədər nəzərdə tutulduğunu bildirib. Məşhur jurnalist Kvaratsxeliyanın növbəti mövsümdən ilə 3 milyon avro maaş alacağını da qeyd edib.