Nəhayət, Toni Kroosun məsələsinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Real” təcrübəli futbolçu ilə müqaviləni yeniləyəcək. “TodoFichajes” nəşrinin yaydığı xəbərə görə, baş məşqçi Karlo Ançelotti almaniyalı yarımmüdafiəçiyə bu ildən oyun praktikasının çox olacağı ilə bağlı söz verib.
Bu ayın 4-də 34 yaşını qeyd edəcək dünya çempionu ilə “1+1 il”lik yeni müqavilə imzalanacaq.
Kroos Madrid klubunda 2014-cü ilin yayından çıxış edir. O, cari mövsümdə 23 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.