“Arsenal”dan ayrılacaq

18.05.2024 23:00 156
Dünya futbolu
Məhəmməd Elneni mövsümün sonunda “Arsenal”dan ayrılacaq.

Bu barədə 31 yaşlı yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında yazıb. O, İngiltərə premyer-liqasında “Everton”la matçın London klubunda sonuncu oyunu olacağını bildirib.

Elneni “Arsenal”da 2016-cı ildən çıxış edir. Misirli futbolçu bu mövsüm İngiltərə çempionatında 3 oyunda meydana çıxıb.