“Arsenal”dan ayrılacaq

1.05.2023 15:57 248
Dünya futbolu
Ansli Meytlend-Naylz yayda “Arsenal”ı tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, cari mövsümdə icarə əsasında “Sauthempton”da çıxış edən 25 yaşlı yarımmüdafiəçi bu haqda “The Athletic”ə müsahibəsində deyib.

Meytlend-Naylzın “Arsenal”la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. İngilis futbolçu onu da qeyd edib ki, ona təklif gəlsə, “Sauthempton”da qalmağa hazır olacaq.