Belə ki, London nəhəngi ev oyunlarını keçirdiyi ''Emireyts'' stadionunda futbolçular üçün xüsusi ibadət otağı açıb. Bu xəbəri ictimaiyyətə bir dönəm ''Beşiktaş''da top qovmuş ''Arsenal''ın misirli yarımmüdafiəçisi Məhəmməd Elneni çatdırıb. Təcrübəli futbolçu ibadət otağının açılışında çəkilən şəkili paylaşaraq stadionda belə bir otağın olması ilə qürur duyduğunu yazıb. Bu otaqdan fərqli inanclara sahib futbolçular yararlana biləcək. Elneni bunları qeyd edib:
''Düşünmək və dua etmək üçün bu cür məkana sahib olmaq gələcəkdəki ''Arsenal'' futbolçularının həyatlarını dəyişəcək. Buranın tikilməsində və bu layihənin həyata keçməsində əməyi olan hər kəsə təşəkkür edirəm''.
ƏLİ






