"Arsenal"da yeni müqavilə

25.05.2022 15:12 559
Dünya futbolu
"Arsenal" futbolçusu Məhəmməd Elneni ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, misirli yarımmüdafiəçi ilə 1+1 şərti ilə sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2016-cı ildən "Arsenal"da çıxış edən 29 yaşlı futbolçu bu komanda ilə 147 oyunda 5 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.