Bəs iclasın keçirilməsinə uğursuz nəticələr, yoxsa digər amillər səbəb olub? “Football-plus.az” bu suala aydınlıq gətirmək üçün “Şəfa”nın mətbuat katibi Heybət Məmmədovla əlaqə saxlayıb:
“Klub rəhbərliyi ilə baş məşqçi Zaur Həşimov arasında daim görüşlər keçirilir. Toplantılarda nəticələr, mövcud vəziyyət və digər məsələlər müzakirə olunur. Eyni zamanda, rəhbərlik tərəfindən baş məşqçiyə və komandaya dəstək ifadə olunur. Ötən gün baş tutan iclas da belə görüşlərdən biridi”.
Xatırladaq ki, uzun fasilədən sonra elitaya qayıdan “Şəfa” hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
İSRAYIL XEYRULLAYEV





