“Arsenal”da yeni müqavilə

23.02.2023 19:30 230
Dünya futbolu
Məhəmməd Elneni “Arsenal”da daha bir mövsüm top qovacaq. İngiltərə klubu təcrübəli futbolçu ilə müqaviləni yeniləyib.

Football-plus.az xəbər verir ki, misirli yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2024-cü ilin iyununa kimi uzadılıb. 30 yaşlı oyunçu “Arsenal”a 2016-cı ilin yanvarında “Bazel”dən transfer olunub. O, London klubunda 155 oyunda meydana çıxıb, 6 qol vurub və 10 qolun ötürməsini verib.