• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ”yə görə göz yaşı tökməyə dəyərmi?

Manşet / Yazarlar

15-05-2024, 13:0

Bəli, AFFA İcraiyyə Komitəsinin dünənki iclasından sonra “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşdi. Baxmayaraq ki, futbol ictimaiyyətinin müəyyən kəsimi belə ciddi infrastruktura, akademiyaya malik klubun elitada qalmasını istəyirdi.

Ancaq nə etmək olar? Sonuncu yeri tutan komandanın əvəzinə başqa birisi elitadan düşürülməlidi? Yoxsa “Qəbələ” elə sadəcə, yaxşı infrastruktur və akademiyaya malikdi, bölgə təmsilçisisi deyə elitada saxlanılmalıdı?

“Qəbələ” kimi uğurları, tarixi olan bir komandanın növbəti mövsümdən etibarən 1-ci liqada mübarizə aparması üzücü haldı. Lakin idman prinsiplərinə, reqlamentə əməl olunmalıdı. Diqqətinizi çəkmək istədiyim məqam isə fərqlidi. Belə ki, bölgə təmsilçisi elitadan düşməsi rəsmiləşəndən sonra keçirdiyi iki matçda iki qələbə qazandı. “Qırmızı-qaralar”ın son iki turda sərgilədiyi oyunla öncəki matçlarını müqayisə etsək, arada böyük fərq görünür. Çox uzağa getməyəcəm, 32-ci turda “Kəpəz”ə məğlub olub, elitadan getməyi rəsmiləşdirdikləri matça diqqət yetirək. Komanda 90 dəqiqə boyunca, demək olar ki, bircə dənə də real qol vəziyyəti yarada bilmədi. Halbuki futbolçular çalışdılar, vuruşdular, lakin nə etdiklərini özləri də bilmədən. Düşünürəm ki, burda psixoloji basqı çox önəmlidi. Çünki “Kəpəz”lə oyunda oyunçuların əksəriyyəti, bəlkə də hamısı “elitadan düşəcəyik” qorxusu ilə yaşayırdı. Təzyiq altında qalan heç bir futbolçu isə qüvvəsini, diqqətini oyuna kökləyə bilməz. Elə bunun nəticəsidi ki, gürcü mütəxəssis “Kəpəz”lə oyundan sonrakı mətbuat konfransında giley-güzarını dilə gətirmişdi: “Qapı xəttindən futbolçu qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm”.

Sxadadzenin işarə etdiyi Əyyub Allaş son iki oyunun hər birində baxımlı qola imza atmaqla komandasının qələbəsində pay sahibi olub. “Sabah”la oyunda isə komandada olan əzmkarlıq, istək və rahatlıq, bir az şans avrokuboklar yolunda mübarizə aparan komandanı büdrətməyə yetdi. Elə Sxadadze cənabları da oyundan sonra bu məsələyə də toxundu: “Çox oyunda, sadəcə, bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirik, sonda uduzuruq. Bəhanə gətirmirəm, sadəcə, faktı deyirəm”.

Doğrudu, Elmar Baxşıyevin dönəmində də komanda, adətən, minimal fərqlə, fərdi səhvlər üzündən uduzurdu. Amma bir reallıq da var ki, illərlə ölkəmizdə çalışmış mütəxəssis və onun köməkçiləri futbolçuların potensialı üzərində düzgün dəyərləndirmə aparmayıb. “Qəbələ”nin elitanı tərk etməsinin yeganə günahkarı Sxadadze deyil. Çünki o komandaya gec qoşuldu. Lakin ən azı düzgün dəyərləndirmə və doğru strategiya ilə premyer-liqada qalmaq uğrunda mübarizəni son tura qədər davam etdirmək olardı. Hətta bəlkə elitada qalmaq da. Təəssüf ki, bu gün bir sıra əcnəbi məşqçilərin belə ilk səfərində tərif dolu sözlər söylədiyi, infrastrukturu yaxşı səviyyədə olan klub elə həmin infrastrukturla birlikdə 1-ci liqaya yuvarlandı. Sonuncu ümid İcraiyyə Komitəsinin iclasına idi ki, dünən idman prinsipləri qorundu, sonuncu pillədə qərarlaşan komandanın 1-ci liqaya yuvarlanacağı deyildi. Necə deyərlər, hər işdə bir xeyir var. Ümid edək ki, “Qəbələ” son mövsümdəki səhvlərdən dərs çıxarıb, tezliklə yenidən premyer-liqaya dönə biləcək.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-03-2024, 18:0

“Qəbələ” elə komandadı ki, onun aşağı liqaya düşməsinə imkan vermək olmaz” – niyə?

Ölkə futbolu / Manşet

3-04-2024, 17:0

Kubokda qalmaq “Qəbələ” üçün həm üstünlükdü, həm də problem

Premyer-liqa / Manşet

7-02-2024, 21:0

Oyunçu kasadlığını dilə gətirmək bəhanədi – Elmar Baxşıyevə cavab

Ölkə futbolu / Manşet

26-04-2024, 12:0

Vidadi Rzayev “Qəbələ”nin elitanı tərk etməsini istəmir

Ölkə futbolu / Manşet

11-05-2024, 15:0

“Qəbələ”nin yerliləri İcraiyyə Komitəsinin qərarını gözləyir

Premyer-liqa / Manşet

13-05-2024, 20:0

"İdman prinsiplərinə əsasən "Qəbələ" elitanı tərk edəcək"

Aktual
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Son xəbərlər
  • Bu gün, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Bu gün, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Bu gün, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Bu gün, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Bu gün, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Bu gün, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 263
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 229
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə