Millimizdən növbəti qələbə

24.08.2022 19:30 382
İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.

Millimiz bu gün səfərdə ikinci oyununu keçirib. Komandamız Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutan matçdan millimiz qalib ayrılıb. Hər üç setdə rəqibinə qalib gələn yığma aktivindəki xalların sayını 6-ya çatdırıb.

Qeyd edək ki, komandamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadı. Millimiz növbəti oyununu avqustun 28-də Bakıda Avstriyaya qarşı keçirəcək.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
24 avqust
Gürcüstan - Azərbaycan 0:3 (14:25, 14:25, 7:25)