Millimiz Avropa çempionatında növbəti matçına çıxacaq

7.10.2022 11:34 407
İdman / Yığma
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

"Footbal-plus.az" xəbər verir ki, yığma Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçiriləcək oyunda Kipr yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.

Milli ilk oyunda Monteneqroya uduzub - 1:2.

Avropa çempionatı
İlkin mərhələ, 2-ci tur

17.30 Azərbaycan - Kipr
Baş hakim: Marisca Overtoom (Niderland)
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), İvona Pejic (Xorvatiya)
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)