Millimiz Avropa çempionatında növbəti matçına çıxır

6.08.2022 11:54 394
İdman
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti görüşünə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığma Türkiyə kollektivi ilə üz-üzə gələcək.

Bakı Voleybol Mərkəzində baş tutacaq oyuna saat 18.00-da start veriləcək.

Azərbaycan millisi ilk matçda Danimarkaya uduzub.