Voleybol millimiz Avropa çempionatına inamlı qələbə ilə başladı

18.08.2023 23:28 254
İdman / Manşet
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk görüşünü keçirib.

“Football-plus.az” xəbər verir ki, yığmamız turnirə qələbə ilə başlayıb. C qrupunda yer alan təmsilçilərimiz Çexiya ilə qarşılaşıb. Millimiz hər üç setdə rəqibini üstələyərək 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbə qazanıblar.