“Mançester Siti”ni birdəfəlik tərk etdi

16.07.2023 22:30 243
Dünya futbolu
“Jirona” və “Mançester Siti” arasındakı danışıqlar müsbət nəticələnib.


"Football-plus.az" xəbər verir ki, İspaniya klubu Yanxel Erreranı birdəfəlik alıb. 25 yaşlı venesuelalı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Errera ötən mövsüm “Jirona”da icarə əsasında çıxış edib. O, İspaniya çempionatında iştirak etdiyi 20 oyunda 2 qol vurub.