“Bavariya”nı növbəti dəfə tərk etdi

27.07.2023 14:53 211
Dünya futbolu
Aleksandr Nübel “Bavariya”nı növbəti dəfə tərk edib.

"Football-plus.az" xəbər verir ki, komandanın qapıçısı “Ştutqart”a icarəyə verilib.

“Ştutqart”ın rəsmi saytının xəbərində futbolçunun bu komandada 2023/24 mövsümünün sonuna kimi çıxış edəcəyi bildirilir. O, “33” nömrəli forma ilə çıxış edəcək. 26 yaşlı futbolçunun icarəsi şvabiyalılara 1 milyon avroya başa gələcək. Müqavilədə “Ştutqart”ın yeni mövsümün sonunda Aleksandrı birdəfəlik almaq hüququ ilə bağlı bənd nəzərdə tutulmayıb.

Nübel “Bavariya”ya müqavilə ilə 2020-ci ildən məxsusdu. O, münhenlilərin formasında bundesliqada yalnız bir dəfə meydana çıxıb. Qapıçı 2021-23-cü illərdə icarə əsasında “Monako”da çıxış edib.