“Karvan” və “Zaqatala”dan qələbə, Şamaxıda bərabərlik - YENİLƏNİB

15.05.2024 19:30 239
I liqa / Manşet
Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 26-cı tura start verilib.

İki gün ərzində keçiriləcək oyunlar PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

15 may
Difai Ağsu – MOİK 1:1

Şamaxı. Şəhər stadionu. Saat 17.00.

Zaqatala – İrəvan 2:1
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17.00.

Karvan – Mingəçevir 1:0
Yevlax. Şəhər stadionu. Saat 17.00.

Xal durumu: Qaradağ Lökbatan – 53, Şamaxı – 51, İmişli – 47, MOİK – 46, Karvan – 41, Zaqatala - 30, İrəvan – 27, Mingəçevir – 26, Difai Ağsu – 22, Araz Saatlı – 10.
Bombardirlər: Elmir Rəhimzadə (MOİK) – 16, Elşad Tağıyev (Şamaxı) – 15.

Tura sabah “Qaradağ Lökbatan” – “Şamaxı”, “Araz Saatlı” – “İmişli” oyunları ilə yekun vurulacaq.

KƏNAN BAHADIR