Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 10-cu tura start verilir.
"Football-plus.az" xəbər verir ki, tura “Karvan” – “İrəvan” matçıyla start veriləcək. Tərəflər yekun hədəflər baxımından yetərincə iddialıdı. Burda Yevlax təmsilçisi azarkeş dəstəyi amilindən də istifadə etməklə güclü rəqibi məğlub etməyə çalışacaq. Qonaqlar da səfərdən 3 xalla dönmək niyyətindədi. Nazim Süleymanovun komandası son turlarda liderliyə yiyələnmiş MOİK-lə aradakı xal fərqinin artmasına imkan verməməlidi. İkinci oyunda “Zaqatala” “Difai Ağsu” sınağından üzüağ çıxmağa çalışacaq. Görüşün favoriti ev sahibləridi. Ağsuluların mövsümün ilk qələbəsini bu dəfə qazanıb-qazanmayacağı isə çox maraqlıdı.
Turun qalan oyunlarının sabah keçirilməsi nəzərdə tutulub. Həmin gün “Qaradağ Lökbatan” “Mingəçevir”i, “Araz-Saatlı” “Şamaxı”nı, “İmişli” MOİK-i qəbul edəcək.
6 dekabr
Karvan – İrəvan 2:0
Müşfiq Teymurov, 50. Peter Kinqs, 90+6.
Yevlax, şəhər stadionu. Saat 14.00.
Zaqatala – Difai Ağsu 4:2
Roini İsmayılov, 51. Kənan Müslümov, 90. Nizami Səmədov, 90+4. Kamil Hüseynov, 90+6-ö.q - İlham Allahverdiyev, 18. Rəhman Quliyev, 47.
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Xal durumu: MOİK – 19, Qaradağ Lökbatan – 18, İrəvan – 17, Karvan, Şamaxı, İmişli – 15, Zaqatala, Mingəçevir – 10, Araz Saatlı – 3, Difai Ağsu – 1.
Bombardirlər: Elşad Tağıyev, Emin Zamanov (hər ikisi “Şamaxı”) – 6. KƏNAN BAHADIR