Millimizin oyununun vaxtı dəyişdirildi

14.05.2024 11:00 164
Ölkə futbolu / Yığma
Millimizin Qazaxıstana qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

“Football-plus.az” xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

Qeyd edək ki, yığmamız iyunun 7-də, Bakı vaxtı ilə saat 21.00-da eyni məkanda Albaniya yığmasıyla beynəlxalq yoldaşlıq görüşü keçirəcək.