Millinin Norveçlə oyununun başlama saatı bəlli oldu

15.04.2022 09:34 823
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

İyunun 14-də Bakı vaxtı ilə saat 20.00 başlayacaq qarşılaşma Drammen şəhərindəki "Marienlyst Stadium"da keçiriləcək.

Azərbaycan yığması A qrupunda keçirdiyi 7 oyunda 1 qələbə qazanıb, 1 dəfə də heç-heçə edib.