U-21 millimizin Türkiyə ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib

2.06.2023 12:16 256
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və vaxtı müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

İyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundan üç gün sonra Azərbaycan U-21-i Bakıda Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın əsas millisi iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniya seçməsini qəbul edəcək.