Millimizin Moldova ilə oyununun vaxtı açıqlandı

19.10.2022 13:32 452
Yığma
Azərbaycan millisinin növbəti oyununun vaxtı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Noyabrın 16-da baş tutacaq Moldova - Azərbaycan görüşünün başlama vaxtı dəqiqləşib. Oyun Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşma Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.