• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” “dənizçilər”in Avropa yoluna daş qoydu - REPORTAJ

Premyer-liqa

1-05-2024, 19:0

Matçı izləmək üçün stadiona təşrif buyuran azarkeşlərin sayında ciddi artım yox idi.

Görünür, nə “Iphone 15”, nə də başqa hədiyyələr futbolsevərlərin diqqətini cəlb etmişdi. Halbuki məhz oyunun əhəmiyyəti anşlaqa səbəb ola bilərdi. Çünki hər iki komanda avrokuboklara iddialıdı və oyun bu yöndə şansların qorunması baxımından önəmli idi.

Gözləntilər tribuna baxımından çoxunu yanıltsa da, meydanda yaşananlar proqnozları haqlı müstəviyə daşıdı. Oyun meydan sahiblərinin ciddi təzyiqiylə başladı. “Sabah” bütün gücüylə hücum edir, rəqibin müqavimətini qırmağa çalışırdı. Belədə ilk təhlükəli vəziyyət özünü çox gözlətmədi. 7-ci dəqiqədə Amin qapı önünə ötürmə edərək rəqibə qorxu yaşatdı. Burda topun Sekidikaya çatmasına Səlahət mane oldu. Təcrübəli qolkiper cəld davranıb topa yiyələndi. “Səbail”in operativ cavabının müəllifi isə Queta oldu. Portuqaliyalı yarımmüdafiəçi Ramalinqomun ötürməsindən sonra bəxtini sınadı. Bu dəfə yük Yusifin çiyinlərinə düşdü ki, qolkiper sınaqdan üzüağ çıxdı. Qarşılıqlı hücumların bir-birini izlədiyi ərəfədə Parrisin hesabı erkən açmaq istəyi reallaşmadı. Daha dəqiqi, yamaykalının uzaqdan zərbəsinin qarşısını Səlahət aldı.

“Dənizçilər” 16-cı dəqiqədə qazanılan cərimə zərbəsindən də xeyir görmədi. Nunonun qapı önünə ötürməsindən sonra Yusif qol vurmağa yaxın oldu. Lakin adaşı bu dəfə də dəqiq müdaxiləylə qonaqları məyus etməyi bacardı. Bayıl təmsilçisinin şansları boşa verməsi, təbii ki, cəzalandırıla bilərdi. Bu ehtimal 22-ci dəqiqədə həqiqətə çevrildi. Parris küncdən zərbəylə topu oyuna daxil edərək Sekidikaya çatdırdı. Sonuncunun İrasabalı vaxtında gördü. Hücuma qoşulan mərkəz müdafiəçisinin “çərçivə”ni dəqiq nişan aldığını gördük. İspaniyalının qolu rəqabəti qızışdırmaya bilməzdi. Bu ərəfədə “Səbail” növbəti kəsərli hücumla yadda qaldı. Queta sürəti hesabına irəli atılmaqla cərimə meydançasına daxil oldu. O, “çərçivə”ni nişan almağa hazırlaşırdı ki, Hadudinin müdaxiləsi komandasını xilas etdi. Mərakeşli müdafiəçi birbaşa topa zərbə endirərək rəqibi dayandırdı. Qonaqların hesabı bərabərləşdirmək cəhdlərinin növbəti səhnəsi də istənilən sonluqla bitmədi. Bu dəfə Nuno Rüfətin ötürməsiylə qazandığı topu tora qovuşdura bilmədi. Çünki Yusif həmin gün ayıq-sayıq və keçilməz idi!

Şanslardan yararlana bilməyən Bayıl təmsilçisinin növbəti dəfə 39-cu dəqiqədə cəzalandırıldı. Burda Sekidika Yusifi keçərək qapı önünə ötürmə edən Parrisin əziyyətini yerdə qoymadı. O, “yuxulayan” “dənizçilər”in buraxdığı boşluqdan məharətlə istifadə etdi.

İkinci hissə üçün fərqli ssenarilər düşünmək olardı. “Sabah”ın fərqi daha da artırması və ya “Səbail”in boykot qərarından vaz keçən azarkeşlərinə xoş sürpriz etməsi kimi gözləntilər var idi. Lakin nə meydan sahibləri, nə də “Səbail” qapıya yol tapa bilmədi. Əvvəl Yusif növbəti baxımlı seyvlə yadda qaldı. Qolkiper akrobatik zərbəylə qol vurmaq istəyən Ramalinqomu “zərərsizləşdirdi”. Ardından Belfodil “çərçivə”ni dəqiq nişan ala bilmədi. Daha doğrusu, fransalı hücumçunun “raket”i tirdən qayıtdı. “Səbail”in sonuncu şansını Nuno boşa verdi. Baxımlı oyunuyla tanınan portuqaliyalı bu dəfə qeyri-dəqiq zərbəylə yadda qaldı. Son dəqiqələrdə tərəflərin bir-birini müqavimətini qırmağa çalışmasına şahidlik etdik. Lakin yorğunluq özünü göstərirdi, hesabın “Sabah”a sərf etməsiylə yanaşı, “Səbail”in taleyi ilə barışması dinamikanı azaltdı. Beləliklə, “bayquşlar” hədəfə doğru daha bir addım atdısa, “dənizçilər”in ümidi azaldı.

Gözdən qaçmadı
* “Səbail”in “Dənizçilər” fanklubu boykot qərarını ləğv edərək stadiona dönmüşdü. Azarkeş qrupunun rəhbəri Atif Rüstəmli qəzetimizə boykotun 1 oyunu əhatə etdiyini dedi.
* Oyunu tribunadan izləyənlər arasında “Sabah”ın yeni elit fanklubu “Fratelli del Sabah” da var idi.
* “Sabah” azarkeşləri 82-ci dəqiqədə meydana çıxan Ağabala Ramazanovu “Masazıra xoş gəldin, Ağabala” şüarıyla salamladı.
* Matçdan əvvəl deyildiyi kimi, klub oyundan sonra müsabiqə keçirərək qalib azarkeşlərə “Iphone 15”, planşetlər, 1000 və 500 manatlıq hədiyyə kartları verdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Reportaj

16-04-2024, 17:0

“Sabah” “Qarabağ”ın möhtəşəm seriyasına son qoydu - REPORTAJ

Premyer-liqa

15-02-2024, 23:0

“Turan Tovuz” “Qəbələ”nin “Kəpəz”ə yaxınlaşmasına imkan vermədi

Reportaj / Avropa Liqası

16-12-2023, 17:0

“Qarabağ” daha bir zirvəni fəth etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 22:0

Ponomaryovun “Sabah”ı yavaş-yavaş irəliləyir – REPORTAJ

Ölkə futbolu / Reportaj

16-04-2024, 14:0

Qolsuz və faydasız “sülh” - REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 17:0

Bayılda heç-heçə oldu, komandalar yerində saydı - REPORTAJ

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 126
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə