• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” “Qarabağ”ın möhtəşəm seriyasına son qoydu - REPORTAJ

Ölkə futbolu / Reportaj

16-04-2024, 17:0

“Bayquşlar”ın hədəfi avrokuboklar uğrunda mübarizədə iddiasını qorumaq üçün qələbə qazanmaqdısa, “köhlən atlar”ın itirəcəyi heç nə yox idi.

İlk dəqiqələr “Sabah”ın təzyiqiylə müşayiət olundu. Meydan sahiblərinin qazandığı cərimə zərbəsin Sekidika yerinə yetirdi. Nigeriyalının birbaşa qapıya zərbəsi dirəyin yaxınlığından keçdi. 7-ci dəqiqədə “Qarabağ” hesabı erkən açdı. Yankoviçin uzaqdan ötürməsini Veşoviç qarşılayıb irəli atıldı. Onun qapı önünə ötürməsini Benzya daha əlverişli mövqedə olan Andradeyə çatdırdı ki, sonuncu topu tora qovuşdurdu. Bundan sonra “Sabah”ın ruhdan düşəcəyini gözləmək olardı. Lakin “bayquşlar” tamaşaçıları təəccübləndirdi. Komanda mübarizəyə daha böyük istəklə davam etdi. Növbəti təhlükəli vəziyyəti Renduliçin futbolçuları yaratdı. Burda Benzya qapını nişan alan Parrisə imkan vermədi. “Sınmayan” meydan sahibləri 16-cı dəqiqədə istəyinə çatdı. Daha dəqiqi, Kahimin yerinə yetirdiyi künc zərbəsi zamanı qapıçı Ramazanov çıxışda səhvə yol verdi, onun adaşı Seydiyev topu sinəsi ilə qəbul etdi, yerə saldı və tora göndərdi. Bu anda müdafiəçilərin fikrinin harda qaldığını öyrənə bilmədik.

Qol “tələbələr” üçün ümid çırağı oldu. Əslində Juninyo rəqibin müqavimətini qıra bilərdi. Lakin 22-ci dəqiqədə onun qapıya zərbəsi İrasabala toxunaraq meydanı tərk etdi. Braziliyalı hücumçu daha sonra Zubirlə Andradenin qurduğu hücumu qeyri-dəqiq zərbəylə tamamladı, bir dəqiqə sonra isə Leandronun əla ötürməsindən yararlana bilmədi. 38-ci dəqiqədə meydanda maraqlı hadisə baş verdi. Zubir Seydiyevlə mübarizədə yerdə qaldı, hakim fit çalmadı, sürətli hücum zamanı Sekidika topu xeyli daşıdı, onu Belfodilə çatdırdı, təcrübəli futbolçu Juninyo ilə Bədavini ustalıqla arxada qoyub cərimə meydançasına ötürmə verdi. Sekidika asanlıqla hesabı komandasının xeyrinə dəyişdi. İkinci yarıda ilk hücum cəhdi 50-ci dəqiqədə “Qarabağ”dan gəldi. Zubir Benzyanın qapı önünə ötürməsini “9-luğ”a göndərsəydi, hadisələrin axarı dəyişə bilərdi. Amma bunun üçün dəqiqlik çatmadı. 56-cı dəqiqədə ağdamlılar daha bir zərbə aldı. Parrisin Elvini ustalıqla arxada qoyandan sonra ötürmə verdiyi Tellur başla topu tora qovuşdurdu. Burda diqqət ediləsi məqam epizodun əvvəlində yaşananlardı. Belə ki, Belfodil top uğrunda mübarizəyə qoşulan Bədaviyə dirsək zərbəsi endirmişdi. 65-ci dəqiqədə “Qarabağ” fərqi azaltmaq baxımından növbəti fürsəti əldən verdi. Belə ki, Andrade zərbə vurmağa geçikdi, Nicat irəli atılıb topa yiyələndi. “Köhlən atlar” 76-cı dəqiqədə ümidləndi. Benzyanın yerinə yetirdiyi künc zərbəsinin ardından Bəhlul başla topu komanda yoldaşlarına çatdırdı. Yenicə meydana çıxan Nərimanın zərbəsi dəqiq oldu. Lakin məğlubiyyətdən qaçmaq mümkün olmadı. Əksinə, 83-cü dəqiqədə Ramazanov Volkovun başla zərbəsini əla seyvlə zərərsizləşdirdi. Çox keçmədən Benzya uzaqdan zərbəylə bəxtini sınasa da, Nicatın müdaxiləsi uğurlu oldu. Beləliklə, “Sabah” “Qarabağ”ın premyer-liqadakı 18 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymaqla avrokuboklara vəsiqə şansını artırdı. Çempionun Masazırda uduzacağını, yəqin ki, çoxu gözləmirdi…

Gözdən qaçmadı
* “Qarabağ Ordu” tribunada yer almamışdı. “Soldati di Sabah” və “İmarət Tayfa” isə yerində idi. Bəzi azarkeşlər hakimin və futbolçuların üzərinə lazer şüası salırdı.
* Oyun bitəndən sonra meydana kənar şəxslər çıxdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Premyer-liqa / Reportaj

14-11-2023, 19:0

Volkov Tovuzu qəmə boğdu – REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 14:0

Tendensiya pozulmadı: yenə 1:0! - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 20:0

Yorğun “Qarabağ” Tovuzda da xal itirmədi - REPORTAJ

Manşet / Reportaj

27-07-2023, 13:0

“Sabah” möhtəşəm debütlə işi bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 15:0

“Qarabağ” yenə “Sumqayıt”ın uğurlu seriyasına son qoydu - REPORTAJ

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə