• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ponomaryovun “Sabah”ı yavaş-yavaş irəliləyir – REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 22:0

Komandaların bu oyuna ciddi hazırlaşdığı bəlli idi. İqor Ponomaryov “sükan arxasına” keçəndən sonra canlanan “Sabah” doğma meydanda növbəti qələbəsini qazanmaq istəyirdi.

Rəqibin aşkar autsayder “Kəpəz” olması da “tələbələr”i ümidləndirən məqam idi. Gəncə təmsilçisi ardıcıl bir neçə oyunda azarkeşlərini sevindirsə də, ötən həftə Qəbələdə “Səbail” önündə darmadağın olmuşdu.

Tərəflər oyunun əvvəlini ötürmələrlə keçirdi. İlk təhlükəli epizodun müəllifinə gəlincə, Xəyal fərqlənməyə çalışsa da, zərəbəsindən sonra top Rodrigesdə qaldı. 6-cı dəqiqədə gəncəlilərin əks-hücumunu izlədik. Mate özünü Xvalkonun uzaqdan yolladığı topa çatdırdı və meydandan çıxmasına icazə vermədi. O, qapı önündəki Martinsə ötürmə verdi. Braziliyalı yarımümdafiəçi topu “çərçivə”yə elə göndərdi ki, qola nə Amin, nə Çakla, nə də Yusif mane ola bildi. “Kəpəz” VAR-ın sözügedən epizodda ofsaydın olmamasını təsdiqləməsiylə səfərdə önə çıxdı. Başverənlər “Sabah”ın daha sürətli və aqressiv oyun göstərməsinə səbəb oldu. Anladılar ki, qonaqlar meydana müdafiə olunmağa üstünlük vermək üçün çıxmayıb. Az sonra Belfodil Da Silvanın dəqiq ötürməsindən faydalana bilmədi. Rodriges fransalı hücumçunun fərqlənməsinə imkan vermədi. Əslində qolkiper səhvən topu sahiblənə bilməmişdi. Burda Ehtiram rəqibin müdaxilə etməməsi üçün”əlcək sahibi”ni qorudu. Yenə də portuqaliyalı qapıçını bağışlamaq olar. Çünki, o, çox keçmədən yenidən “çərçivə”ni nişan alan Belfodilin zərbəsini ustalıqla dəf etdi. İndi sıra “Kəpəz”də idi. Bu gedişlə hesabın bərabərləşəcəyini anlayan gəncəlilər irəli atıldı. Lakin Ehtiramın qapıya zərbəylə tamamlamaq istədiyi epizod cərimə meydançasında yerdə qalmasıyla nəticələndi. Burda Aminin ona əllə müdaxilə edərək yıxması yönündə şübhələr var idi. Hər halda, VAR-la məsləhətləşən Məsiyev “nöqtə”ni göstərmədi! Bir müddət sakit məcrada keçən matça 37-ci dəqiqədə “Sabah” rəng qatdı. Letiçin verdiyi topu Sekidika uzaq ötürməylə Parrisin önünə göndərdi. Düzü, cərimə meydançasında olan yarımmüdafiəçinin komanda yoldaşlarıyla oynayacağı gözlənilirdi. Lakin yamaykalı qapının uzaq küncünü nişan aldı ki, Rodriges zərbəni dəf edə bilmədi. Birinci hissənin sonuncu qol epizodunda zərərçəkən “Kəpəz” ola bilərdi. Çünki Onanuqa Letiçin qarşısını kobud müdaxiləylə aldı. Nəticədə Sekidika cərimə zərbəsini yerinə yetirdi. “Sarı-göylər”in üzülməsinə Rodrigesin topa cəld reaksiyası mane oldu.

İkinci yarının ilk dəqiqələri ardıcıl hücum cəhdləriylə əlamətdar oldu. Öncə Xəyal Elvinin, sonra Mate Papunaşvilinin ötürməsini qola çevirə bilmədi. Hər iki tərəf bəxtini sınayır, lakin demək olar ki, eyni səhvlər üzündən fərqlənə bilmirdi. Susqunluğa 55-ci dəqiqədə “Sabah” son qoydu. Belfodilin rəqib meydançasına daxil olub sağa ötürdüyü topu Parris sahibləndi və yerini almış Sekidikaya çatdırdı. Sonuncu əlverişli mövqe tapar-tapmaz komandasını hesabda önə çıxardı – 2:1. Az sonra Belfodil ardıcıl iki dəfə qol vurmaq istəsə də, məqsədinə çatmadı. O, birincidə “çərçivə”ni doğru nişan ala bilmədiyindən Parrisin, sonra isə Da Silvanın ötürməsini boşa verdi. İnsaf naminə deyək ki, ikinci epizodda ona dirək imkan vermədi.
Oyunun taleyini müəyyənləşdirən qol 78-ci dəqiqədə vuruldu. Apehin ötürməsini qəbul edən Da Silva qonaqların müdafiə xəttindəki boşluqdan məharətlə yararlandı. Düzdü, “Kəpəz” çox keçmədən fərqi azaltdı. Daha dəqiqi, Matenin küncdən zərbə ilə qapı önünə göndərdiyi topu Amil başla “çərçivə”yə yönəltdi. Lakin bu qol bərabərliik üçün belə bəs etmədi. Gəncəlilər ən azı daha bir qol vurmalıydı. “Sabah” buna imkan vermədi. Əlbəttə, son dəqiqələr gərgin mübarizə şəraitində keçdi. Volkovun uzaqdan ötürməsiylə Sekidikanın fərqləndiyi epizodda oyundankənar vəziyyət qeydə alındı. Sonuncu təhlükəli epizodda isə Rodriges İrasabalın zərbəsini dəf etdi. Beləliklə, “Kəpəz” “Qəbələ” ilə xal fərqini artıra bilmədi. “Sabah” isə ilk “4-lüy”ə düşmək yolunda daha bir addım atdı.

Gözdən qaçmadı
* Oyundan əvvəl “Ayın qolu” layihəsinin qalibi Junior Martinsə 1000 manatlıq çek verildi.
* Sofian Çakla ağır zədəsi olan Vinsent Tillə dəstək məqsədilə meydana onun formasıyla çıxdı.
* “Soldati di Sabah” adının üzərinə yazıldığı pankartı 10-cu dəqiqəyə qədər açmamışdı.
* Yeqor Xvalko İqor Rodrigesin butsunun ipini bağladı.
* Son dəqiqələrdə Adil Şükürov israrla futbolçularından topu uzaq ötürməylə rəqibin cərimə meydançasına tərəf göndərməyi tələb edir, lakin onlar qısa ötürmələr verirdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

13-02-2024, 21:0

“Qarabağ” “Braqa” ilə oyun ərəfəsində 3 qol buraxdı - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

6-02-2024, 20:0

“Kəpəz” Qəbələdə rəqib tanımır - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 17:0

“Neftçi” son dəqiqə qolu ilə üzüldü - REPORTAJ

Premyer-liqa / Reportaj

14-02-2024, 14:0

“Dənizçilər” qəzəbini “Kəpəz”in üzərinə tökdü - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə