• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bayılda heç-heçə oldu, komandalar yerində saydı - REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 17:0

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar Bayılda üz-üzə gəldi. Oyuna müəyyən azarkeş marağı da var idi, tribunaların üçdəbiri dolmuşdu. Meydan sahiblərini “Dənizçilər” dəstəkləyirdisə, “Turan Ultras” da qonaq tribunasında öz yerini almışdı. Tərəflər matçboyu susmadı, komandalarını irəli dəstəklədilər.

Oyun qarşılıqlı hücumlarla başladı. İlk dəqiqələrdə meydan sahibləri hesabı açsa da, qol qeydə alınmadı. Quetanın ötürməsində Abdullazadə topu qapıdan keçirdi. Lakin VAR-ın qərarı ilə oyundankənar vəziyyət qeydə alındı. Qonaqların buna cavabı gecikmədi. 11-ci dəqiqədə Nəcəfovun uzaq məsafədən baxımlı zərbəsini Ağayev küncə çıxardı. Çox keçmədən “Səbail” təhlükəli hücum qurdu. Ramalinqomun ötürməsini Nəbiyev zərbə ilə tamamladı. Amma dəqiq ola bilmədi. Buna baxmayaraq, epizodun davamında tovuzlular müdafiədən çıxa bilmədi. Vəziyyətdən yararlanan “dənizçilər” hesabı açdı. Ramalinqomun ötürməsi zamanı Almeydaya toxunan top Nunonun qarşısına düşdü. O, topu saxlamadan birbaşa qapıya göndərdi – 1:0. Hissənin sonları qonaqların üstünlüyü ilə müşayiət olundu. 45-ci dəqiqədə Zülfüqarlının cinah asmasını Paçu başla qapıya göndərdi. Lakin Səlahət inamlı oynadı. Çox keçmədən qolkiper penaltiyə səbəb oldu. O, Souzanın qarşısını kobudluqla aldı. Topun arxasına Nəbiyev keçdi. Onun zərbəsi qarşısıalınmaz oldu – 1:1.

İkinci yarı nisbətən sönük keçdi. Demək olar ki, qol vəziyyətləri qeydə alınmadı. Bunların birində künc zərbəsindən sonra top Hakmanın önünə düşdü. Lakin müdafiəçi qapıya dəqiq zərbə endirə bilmədi. 86-cı dəqiqədə Nəcəfovun fəallığı özünü göstərdi. O, bir neçə rəqibini geridə qoyub, qapı qarşısına ötürmə verdi. Lakin burda nə Quseynov, nə də Serrano dəqiq ola bildi. Əvəzində meydan sahibləri qola yaxın oldu. Kornerdən sonra Nəbiyevin zərbəsi təhlükəli alındı. Onun fərqlənməsinə qolkiper mane oldu. Oyunun son dəqiqələrində Almeyda baxımlı hərəkətlərlə bir neçə rəqibini geridə qoydu. O, Abdullayevi zərbə mövqeyinə də çıxardı. Lakin hücumçu dəqiq ola bilmədi. Nəticədə tərəflərin səylərinə baxmayaraq, Bayılda qollu heç-heçə qeydə alındı – 1:1. Bununla da hesabına 1 xal yazan komandalar turnir cədvəlində yerində saydı. “Səbail” son üç turda qələbəyə həsrət qalıb.

Gözdən qaçmadı
* Oyun “31 mart – azərbaycanlıların soyqırımı günü” ilə bağlı nitqlə başladı.
* Oyunu izləyənlər arasında AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da var idi.
* “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov hakimlikdən kəskin narazılıq edirdi. O, artıq 8-ci dəqiqədə “qardaşımsız, normal hakimlik edin”, - deyə 4-cü hakimə irad bildirdi.
* 77-ci dəqiqədə Abbasov Pusini meydana buraxmaq üçün yanına çağırdı. Hətta hücumçu dördüncü hakimin yanında referinin qərarını gözləyirdi. Lakin baş məşqçi sonradan fikrindən daşındı və onu meydana buraxmadı.
* Epizodların birində Xəyal Nəcəfov cərimə zərbəsi tələb etsə də, Həmzəzadə matçı davam etdirdi. Hücumun davamında Şahin Diniyev yarımmüdafiəçiyə simulyasiya etdiyini bildirdi.
* 82-ci dəqiqədə “Turan Tovuz”un ehtiyat oyunçuları və məşqçi korpusu hakimə kəskin etiraz etdi. Rəvan Həmzəzadə isə skamyaya yaxınlaşaraq “bu reaksiya kiminsə buranı tərk etməsinə səbəb olacaq”, - dedi.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

14-11-2023, 19:0

Volkov Tovuzu qəmə boğdu – REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 21:0

“Zirə” 10 oyundu qələbə qazana bilmir – REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

Ramalinqom qoldan doymur, “Səbail” irəliləyir – REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 18:0

“Kəpəz”in seriyası üç oyun çəkdi - REPORTAJ

Premyer-liqa / Reportaj

12-03-2024, 22:0

“Turan Tovuz” “Zirə”yə bir addım da yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Reportaj

15-02-2024, 22:0

Qol vurmadılar, amma narazı da qalmadılar – REPORTAJ

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə