• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” “Qəbələ”nin “Kəpəz”ə yaxınlaşmasına imkan vermədi

Premyer-liqa

15-02-2024, 23:0

Oyun yekun nəticə baxımından hər iki tərəf üçün əhəmiyyətli idi.

“Turan Tovuz” son üç ev oyununda 3 xala yiyələnsə də, səfərdəki xal itkiləri vəziyyəti qəliz hala salmışdı. Belə getsə, Qərb təmsilçisi üçün autsayderlər qrupunda qərarlaşmaq sürpriz olmayacaqdı. Odu ki, evdəki qələbə seriyasını davam etdirmək lazım idi. Hər halda, heyət və azarkeş dəstəyi baxımından problem yaşamayan komanda həm fiziki, həm də psixoloji cəhətdən ideal durumda olduğundan buna ümid etməyə dəyərdi. Rəqibə gəlincə, “Qəbələ” son üç turda qələbəyə həsrət idi. Qonaqlar enişə Tovuzda son vermək istəyirdisə, kubokun yarımfinalına vəsiqə qazandıqdan və “Kəpəz”in “Səbail”ə böyük hesabla uduzmasından sonra yaranan motivasiyadan makimum faydalanmalıydı. Lakin ilk hissədə yol verilən kobud səhvlər bəlli etdi ki, “qırmızı-qaralar” hələ də tam özünə gəlməyib. Bunu məhz ilk dəqiqə tamamlanmadan buraxılan qola əsasən demək mümkündü. Belə ki, Ayxan topu cərimə zərbəsindən qapı önünə göndərdi. Önə çıxan Souza Serranoya ötürmə verdi ki, sonuncu qarışıqlığa baxmayaraq, “çərçivə”ni dəqiq nişan aldı. İş orasındadı ki, qol öncə sayılsa da, Allahverdiyevin VAR-a gediş-gəlişindən sonra oyundakənar vəziyyət qeydə alındı. Bəd xəbər “Turan Tovuz”u ruhdan salmadı. Tovuzlular rəqibi meydanın özünə aid hissəsinə sıxmağa və təhlükəli hücumlar qurmağa davam edirdi. Belədə ikinci qol epizodu özünü çox gözlətmədi. Lakin bu dəfə də Ayxan Aleksin ötürməsini düzgün dəyərləndirmədi. Top bu epizodda qapıdan aralı keçdisə, bir neçə dəqiqə sonra Urfanın Xalaylanın ötürməsi sayəsində müəllifi olduğu qüvvətli zərbəsi tir üzündən qolla nəticələnmədi. Növbəti hücum cəhdi də “Qəbələ”nin ifasında oldu. Bu dəfə Osama bəxtini sınadı. İsrailli hücumçu başla fərqlənmək niyyətində olsa da, Aydın təhlükəni sovuşdurdu. Az sonra Souza Serranonun uzaq məsafəyə ötürməsindən faydalana bilmədi. Daha dəqiqi, Atanqana üçün üzərinə gələn topu ayaqla saxlamaq çətin olmadı. Braziliyalı hücumçu istəyinə 43-cü dəqiqədə çatdı. O, Ayxanın ötürməsini aşırma zərbə ilə qapıçının başı üzərindən atdı – 1:0. Qoldan sonra birinci hissənin sonuna qədər tərəflərin nisbətən sönük oyununu izlədik.

İkinci yarı da “Turan Tovuz”un üstünlüyü ilə başladı. Hücumları davam etdirən meydan sahibləri Serranonun simasında önə atılırdı ki, Rauf onu kobud müdaxiləylə maneə oldu. Belədə ədalət təmsilçisi adaşına dərhal qırmızı göstərdi. Lakin yenə VAR-ın xidmətindən faydalanan hakim “qırmızı”nı “sarı”yla əvəzlədi. Ardından “bozqurd”un növbəti təhlükəli hücumu qolla tamamlandı. Detallı desək, Aleks sağ cinahın dərinliyində sıxışdırıldığından Ayxana ötürmə verdi. Sonuncu isə iki-üç addım irəliləyib gözlənilmədən sol ayaqla qarşısıalınmaz zərbə vurdu – 2:0. Ayxan çox keçmədən dubl edə bilərdi. Lakin Atanqana onun Marandiçinin ötürməsindən sonra qapıya ünvanladığı topu əliylə uzaqlaşdırdı. Matçda “Qəbələ”nin ümumi tarazlığı itirdiyi anlara da şahid olduq. Hətta bunların birində az qala avtoqol qeydə alınacaqdı. Rüsvayçılığın qarşısını Atanqananın cədliyi aldı. Burda Ayxan qapı önünə dəqiq ötürmə verdi. Otto “çərçivə”ni nişan almaq istəyirdi ki, Rauf ona mane oldu. Hüseynlinin toxunuşu topu qapı xəttindən keçirəcəkdi ki, ispaniyalı qolkiper ona yiyələndi. Qonaqların cavab qolu isə 77-ci dəqiqədə vuruldu. Akokpo – Rauf – Auşeriya kombinasiyası qolla bitdi. Tərəflərin sonuncu qarşılaşmasında het-trik müəllifi olan fransalı yarımmüdafiəçi bu dəfə başla fərqləndi – 1:2. İrəliləyən dəqiqələrdə oyunda ciddi intriqa gözləsək də, belə olmadı. Əksinə, futbolçular hesabla barışmış kimi görünürdü. Hücumlarda tutarlılıq azaldı. Beləliklə, hesab dəyişmədi. Yəni “Qəbələ” “Kəpəz”in büdrəməsindən yararlana bilmədi, “Turan Tovuz” isə “Sabah”ı qabaqlayıb 7-ci pilləyə yüksəldi.

Gözdən qaçmadı
* “Qəbələ”nin fanklubu “Red Black Army”in tərkibində nə az, nə çox - 18 azarkeş var idi. “Qəbələ”nin çətin durumunda azarkeşlərin komandanı tək qoyması heç anlaşılan deyil.
* “Qəbələ”nin texniki zonasında əyləşənlət rəqibin futbolçusu Faiq Hacıyevə su verdi.
* Kamal Bayramov çox emosional davrandığından yan xətt hakimi əl işarəsiylə onun sakitləşməsini istədi.
* “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev matçdan sonra əlil arabasıyla stadiona gələn azarkeşlə xüsusi salamlaşdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

11-04-2023, 17:0

“Səbail” təəccübləndirdi, “Zirə” işini çətinə saldı – TURUN ŞƏRHİ

Premyer-liqa

12-10-2022, 21:0

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

5-12-2023, 23:0

“Qarabağ” fərqi artırdı, “Turan Tovuz”un qələbə həsrəti dörd oyuna çatdı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

31-03-2023, 17:0

"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB

Premyer-liqa / Reportaj

18-04-2023, 20:0

Yerindən tərpənən olmadı – TURUN ŞƏRHİ

Liqalar

26-09-2023, 18:0

Əvəzedicilər liqasında 7-ci tura yekun vuruldu - YENİLƏNİB

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə