“Everton” İngiltərə Premyer-Liqasının son qərarından apellyasiya şikayəti verib.
"Football-plus.az" xəbər verir ki, yerli futbol qurumunun “maliyyə feyr-pleyi” qaydalarının pozulmasına görə komandanın hesabından 2 xal çıxması Liverpul klubunun gözlənilən reaksiyası ilə müşayiət olunub. “Sky Sports”un məlumatına görə, müraciətə yaxın bir neçə həftə ərzində baxılacaq.
Xatırladaq ki, İngiltərə Premyer-Liqası ötən ilin noyabrında “maliyyə feyr-pleyi” qaydalarını pozduğuna görə “Everton”u 10 xaldan məhrum etmişdi. Klub bu qərara etiraz etdikdən sonra – fevralın 26-da komandanın 4 xalı bərpa edilmişdi. Lakin araşdırmalar nəticəsində yeni faktlar ortaya çıxdığı üçün liverpullular daha 2 xal cəzasına məruz qalmışdılar. Nəticədə “Everton” hazırda -8 xal cəzası ilə premyer-liqanın turnir cədvəlində 32 oyuna 27 xalla 16-cı yeri tutur.