Liverpul klubundan rəsmi şikayət

2.12.2023 19:52 168
Dünya futbolu
“Everton” Premyer-Liqa Komissiyasının qərarından şikayət edib.

Liverpul klubu komandanın 10 xaldan məhrum edilməsi ilə bağlı cəzaya rəsmən etiraz edib. “Everton” məsələ ilə əlaqədar Premyer-Liqa Məhkəmə Kollegiyasının sədrinə apellyasiya şikayəti edib. Bundan sonra işə baxmaq üçün apellyasiya şurası təyin olunacaq.

Xatırladaq ki, İngiltərə Premyer-Liqası “maliyyə feyr-pleyi” qaydalarını pozduğuna görə “Everton”u ölkə çempionatında 10 xaldan məhrum edib. Bu səbəbdən, komanda 14-cü yerdən 19-cu pilləyə düşüb. Hazırda liverpulluların hesabında 4 xalı qalıb.