MY ona görə apellyasiya verməyəcək

14.03.2023 17:49 213
Dünya futbolu
Kazemiro cəzasını tam şəkildə çəkməli olacaq.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” braziliyalı futbolçunun cəzasına görə etiraz etməyəcək.

31 yaşlı yarımmüdafiəçi İngiltərə premyer-liqanın 27-ci turunun “Sauthempton”la matçında (0:0) qırmızı vərəqə alıb. Kazemiro bu mövsüm ikinci dəfə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb. Klubu onun cəzası ilə bağlı apellyasiya şikayəti verməmək qərarına gəldiyi üçün futbolçu İngiltərə kubokunda “Fulhem”, premyer-liqada isə “Nyukasl”, “Brentford” və “Everton”la matçları buraxacaq.