“Everton”un cəzası yüngülləşdirildi

29.02.2024 15:40 172
Dünya futbolu
“Everton”un apellyasiya şikatəyinə baxılıb. İngiltərədə “maliyyə feyr-pleyi” qaydalarını pozduğu üçün 10 xaldan məhrum edilən komandaya bir qədər güzəşt edilib.

Liverpul klubunun saytının yaydığı xəbərə görə, ötən ilin noyabrında silinən 10 xaldan 4-nün bərpa olunmasına qərar verilib. Məlumatda Premyer-Liqanın Apellyasiya Şurasının “Everton” rəhbərliyinin göstərdiyi 9 dəlildən ikisi ilə razılaşdığı bildirilib. Buna görə cəza azaldılıb.

Beləliklə, komanda premyer-liqanın turnir cədvəlində 25 xalla 15-ci yerə yüksəlib.