• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tərəzinin bir gözündə prinsiplər, o biri gözündə isə "Qəbələ"di”

Premyer-liqa / Manşet

12-04-2024, 20:0

Mövsümün sonuna artıq 7 tur qalır.

Məlumdu ki, hazırda aşkar autsayder “Qəbələ”di.

29-cu turda “Zirə”nin meydanında darmadağın olan (0:4) komandanın elitanı tərk etməməsi möcüzəyə qaldı. “Qırmızı-qaralar”ı 9-cu pillədəki “Kəpəz”dən 14 xal ayırır. Əlbəttə, vaxtilə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandanın indi belə durumla üzləşməsi xeyli sual doğurur. Hələ ötən mövsüm ölkə kubokuna yiyələnən, ümumiyyətlə, oyun tərziylə seçilən bölgə təmsilçisinə nə oldu ki, indi elitada qalmaq uğrunda çarpışır? Bu mövzu ətrafında bir neçə sualla “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynova müraciət etdik.

- “Qəbələ”nin çıxışı və turnir cədvəlindəki yeri sizi nə dərəcədə razı salır?
- Oyunların hamısını izləyirəm. Komandanın nəticələri hər birimizin ürəyini ağrıdır. İstəməzdim ki, belə klub premyer-liqanı tərk etsin. İnanıram ki, mövsümün sonuna qədər vəziyyəti dəyişə biləcəklər. Məncə, şans var.

- “Qəbələ”nin bir neçə ay ərzində bu qədər zəifləməsinin səbəbini nədə görürsüz?
- Bir çox amili vurğulamaq olar. Birincisi ötən mövsüm meydana çıxan heyətin əldən verilməsidi. Bilindiyi kimi, 11 futbolçu komandanı tərk etdi. Yeni gələnlərdən bir-ikisini nəzərə almasaq, transfer edilən oyunçular uğurlu olmadı. Əlbəttə, maddi durum da önəmlidi.

- Sizin “Qəbələ”də olduğunuz vaxtlarda da oxşar problemlər olub? Məsələyə komandanın keçmiş kapitanı kimi yanaşsaz, çıxış yolunun tapılmamasını nə ilə izah etmək mümkündü?
- Bəli, başımıza belə problemlər gəlib. Xüsusilə komandada olduğum son vaxtlarda sıxıntılar var idi. Müəyyən maddi çatışmazlıqlar yaşanırdı. Amma o vaxt futbolçuların səviyyəsi indikindən daha yüksək idi. Düzü, oyunçu cəhətdən hansısa narahatlıq olmayıb. Çünki Baqali Dabo, Stiven Jozef-Monroz kimi yaxşı oyunçular var idi. Yerlilər də daxil olmaqla, yaxşı komanda yığılmışdı. Nəticədə həmin vaxt indiki qədər çətin vəziyyət yaranmadı. Məncə, hazırda daha çox futbolçu baxımından, yəni keyfiyyət cəhətdən problemlər var. Yenə də kənardan baxıb nəsə deməklə olmur.

- Azarkeş amili belə hallarda necə rol oynayır? Nəzərə alsaq ki, klubun illərdi yaralı yerindən biri də məhz budu...
- Düzü, "Qəbələ"nin elə çox azarkeşi yoxdu. Sadəcə, müəyyən bir toplum var. Hansı ki, bizim vaxtlarda da istər səfər, istərsə ev oyunlarında komandanı tək qoymurdu. İndiki vəziyyətdə onları da başa düşürəm. Heç birimizə, Azərbaycan futbolunun inkişafını istəyən və "Qəbələ"nin bu illərdə futbolumuzda böyük rol oynadığını bilən insanların heç birinə xoş deyil. Ümid edirəm ki, bu vəziyyət qısa müddətdə həllini tapar. "Qəbələ"siz premyer-liqa oyunlarını təsəvvür eləmək mümkün deyil. Həmişə istəyərik ki, "Qəbələ" elitada yer alsın, yüksək yerlər uğrunda mübarizə aparsın. Necə ki yarandığı vaxtdan belə olub.

- Komanda sonda yetərincə xal toplaya bilməsə, amma istisna hal kimi elitada saxlanılsa, bunu idman prinsiplərinin pozulması, yoxsa “Qəbələ” üçün haqlı qərar sayarsız?
- Bu suala birmənalı cavab vermək olmur. Çünki burda həm prinsiplərdən, həm də belə bir komandadan söhbət gedir. Tərəzinin bir gözündə prinsiplər, o biri gözündə isə "Qəbələ"di. Bu gün ölkədə yeganə klubdu ki, infrastruktur, stadion, otel - hər şey ideal vəziyyətdədi. Təsəvvür edin ki, 1-ci liqaya düşsə, komandanın və onsuz da yaxşı halda olmayan akademiyanın vəziyyəti necə pisləşəcək. Yəni müqayisə edəndə adam çıxılmaz vəziyyətdə qalır. Hər ikisi bizim üçün vacibdi. Buna cavab vermək mənim üçün olduqca çətindi. Ümid edir və inanıram ki, "Qəbələ" mövsümün sonuna qədər toparlanar.

- “Qırmızı-qaralar” indiki vəziyyətdə kuboku qazanmaq potensialındadı?
- Sirr deyil ki, "Qəbələ" neçə illərdi kubokun finalına qədər oynayan bir komandadı. Bu üzdən bəlli təcrübəsi var. İnanıram ki, bu il də kubokun finalında üstün olacaqlar. Baxmayaraq ki, birinci oyunda "Zirə"yə məğlub oldular, yenə də şasları var. Finala vəsiqə qazana bilərlər. Finalda da kuboku əldə edə biləcək bacarığa sahibdilər. Amma bu il nə dərəcədə alınacaq-alınmayacaq – bunu zaman göstərəcək.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-04-2023, 18:0

Ceyhun Sultanov: “Mənim istəyim o idi ki…”

Premyer-liqa / Manşet

11-04-2023, 23:0

"Qəbələ" avrokubokda oynamağa daha çox layiqdi" – mütəxəssis rəyi

Ölkə futbolu / Manşet

5-04-2024, 11:0

“Qəbələ”nin bütün oyunlarını izləyirəm, sadəcə...” – Elmar Baxşıyev

Premyer-liqa / Manşet

13-05-2022, 23:0

Aslan Kərimov "Sabah"ı "Qəbələ"dən bir addım öndə hesab edir - AÇIQLAMA

Ölkə futbolu / Manşet

11-04-2024, 13:0

Mərhəmətsiz çempion, “Zirə”nin ilk 4:0-ı, növbəti istefa... - TURUN İCMALI

Premyer-liqa / Manşet

25-05-2023, 19:0

“...Amma könül istərdi ki, heç bir klub elitanı tərk etməsin”

Aktual
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
Son xəbərlər
  • Bu gün, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Bu gün, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Bu gün, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Bu gün, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Bu gün, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Bu gün, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Bu gün, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Bu gün, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Bu gün, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Bu gün, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Bu gün, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Bu gün, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə