• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mərhəmətsiz çempion, “Zirə”nin ilk 4:0-ı, növbəti istefa... - TURUN İCMALI

Ölkə futbolu / Manşet

11-04-2024, 13:0

Misli premyer-liqasında 29-cu tur bir çox önəmli məqamla əlamətdar oldu.

Belə ki, turun açılış matçında məğlubiyyətə görə Azər Bağırov istefa verdi, “Zirə” evdə ilk dəfə 4 top fərqi ilə qələbə qazandı, Krunovlav Renduliç ardıcıl 2-ci məğlubiyyətlə barışdı, “Neftçi” 2-ci yeri əldən verdi və s. və i.a. Ümumiyyətlə, artıq çempionatın elə mərhələsindəyik ki, burda hər oyun, hər xal çox vacibdi. “Qarabağ” istisna olmaqla yerdə qalan komandaların taleyi həll olunur.

Turun ilk qarşılaşmasında “Kəpəz” “Araz-Naxçıvan” üzərində əzmkar qələbə qazandı. Muxtar Respublika təmsilçisi ardıcıl 7-ci çempionat oyununda da qələbəyə həsrət qaldı. Elə bu məğlubiyyətdən sonra komandanın baş məşqçisi Azər Bağırov istefa verdi. O, eniş yaşayan komandasını bu durumdan çıxarda bilməyəcəyini anladı. Belədə Elmar Baxşıyevdən sonra Azər Bağırov da Adil Şükürovun növbəti qurbanı oldu. Hər iki çalışdırıcı “Kəpəz”ə məğlubiyyətdən sonra istefa verib. Yeri gəlmişkən, “Qəbələ”ni elitada saxlaya bilməyəcəyinə görə istefa verən Baxşıyev “Araz-Naxçıvan”ı bu durumdan çıxarda biləcəyini düşünürək, komandanın yeni baş məşqçisi oldu. Hazırda Gəncə təmsilçisiylə “qırımızı-ağlar” arasında 2 xal fərqi var. Deməli, yenə də Baxşıyev – Şükürov rəqabətinə şahidlik edəcəyik.

Xorvatiyalı mütəxəssisin gəlişindən sonra yaxşı başlayan “Sabah” indi ardıcıl məğlubiyyətlərə düçar olur. Renduliçin ilk Tovuz səfəri məğlubiyyətlə nəticələndi. İlk “dördlük”dən kənar düşən komandanın ən yaxın rəqibi “Sumqayıt”la arada 3 xal fərqi var.

“Qarabağ” ötən tur çempionluğunu rəsmiləşdirməsinə rəğmən, sona qədər maksimum nəticə əldə etmək istəyini gizlətmir. Qurban Qurbanovun yetirmələri “Səbail”ə hava və su kimi ehtiyac duyduğu 1 xalı da çox gördü. Beləliklə, bir ara turnir cədvəlinin 2-ci sırasına yüksələn Şahin Diniyevin komandası ardıcıl 4-cü oyundan qalib ayrıla bilmədi. 7-ci pillədə qərarlaşan “dənizçilər”in yenidən avrokuboklara vəsiqə uğrunda mübarizəyə girişməsi çətin olacaq.

“Zirə” mövsümün sonuna yaxın toparlanıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Qəbələ”nin qapısından 4 cavabsız top keçirtməkə klub tarixinin ən böyükhesablı ev qələbəsini qazandı. “Qartallar” bununla da 2-ci pilləyə yüksəldi. Bölgə təmsilçisinin aqibəti isə heç yaxşı görünmür. Komandanın elitada qalmaq üçün “Kəpəz”lə aradakı 14 xallıq fərqi “əridəcəyi” inandırıcı deyil.

Xal sıxlığını nəzərə alsaq, “Neftçi”nin evdə “Sumqayıt”la bərabərə qalmasını qənimət saymaq olar. Aşağı-yuxarı hər iki komandanın eyni səviyyədə futbol oynadığını da söyləyə bilərik. Doğrudu, “ağ-qaralar” son dəqiqələrdə bəlkə də onlara vacib 3 xal gətirəcək penaltidən məhrum oldu. Lakin oyunun axarı elə bu nəticənin ədalətli olduğunu deməyə əsas verir. Hazırda “Neftçi” turnir cədvəlində 2-ci, “Sumqayıt” isə 3-cü sırada yer alıb. Amma 2-3-cü pillələr uğrunda rəqabətin mövsümün sonuna qədər gedəcəyini təxmin etmək elə də çətin deyil.

Misli premyer-liqası
4-cü dövrə, 29-cu tur
5 aprel
Araz-Naxçıvan – Kəpəz 1:2
6 aprel
Turan Tovuz – Sabah 2:0
Qarabağ – Səbail 4:2
7 aprel
Zirə – Qəbələ 4:0
Neftçi – Sumqayıt 1:1


1. Qarabağ 29 23 3 3 81-26 72
2. Zirə 29 12 9 8 26-18 45
3. Neftçi 29 12 8 9 36-30 44
4. Sumqayıt 29 11 10 8 28-33 43
5. Sabah 29 11 7 11 39-35 40
6. Turan Tovuz 29 10 9 10 44-39 39
7. Səbail 29 10 8 11 42-46 38
8. Araz-Naxçıvan 29 8 8 13 28-39 32
9. Kəpəz 29 8 6 15 32-54 30
10. Qəbələ 29 4 4 21 20-56 16
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 17, Aleksandr Ramalinqom (Səbail), Yassin Benzya (Qarabağ) - 11 qol.

Növbəti turun proqramı
12 aprel, 19.00. Sumqayıt – Zirə
13 aprel, 16.30. Qəbələ - Turan Tovuz
13 aprel, 19.00. Neftçi – Araz-Naxçıvan
14 aprel, 16.30. Səbail – Kəpəz
14 aprel 19.00. Sabah - Qarabağ

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-04-2024, 19:0

Azər Bağırov istefa verdi

Premyer-liqa / Manşet

5-11-2023, 12:0

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov istefa verdi - RƏSMİ

1-ci liqa / Manşet

9-11-2022, 15:0

Birinci divizion klubunun baş məşqçisi istefa verdi - ÖZƏL

Ölkə futbolu / Manşet

7-04-2024, 12:0

"Elə reallıqlar var ki, heç özüm də barışa bilmirəm..." - Azər Bağırov istefasının səbəbini niyə belə izah etdi?

Aktual / Ölkə futbolu

21-03-2024, 11:0

"Araz-Naxçıvan"ın 4-cü dövrə üçün planları nədi? - Azər Bağırov açıqladı

Ölkə futbolu / Manşet

7-11-2023, 17:0

Xaliq Mərdanov yox, Etibar İbrahimov! - Azər Məmmədov müəmmanı açıqladı

Aktual
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Çempion Elgiz Kərəmli "Şəfa"dan ayrılmaq istəmir - ona hardan təklif gəlib?
Misli premyer-liqasından dünya çempionatına kim gedəcək? – hər şey Kannavarodan asılıdı!
“Cəmi 9 oyuna çıxdım, amma üç qol vurdum” - Araz Abdullayev Yevlaxda qalır, yoxsa gedir?
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
“Bayquşlar” iki azarkeşini Avropaya aparacaq - derbiyə nə qədər bilet satılıb?
Son xəbərlər
  • Bu gün, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Bu gün, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Bu gün, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Bu gün, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Bu gün, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
  • Bu gün, 21:13
    "İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub
  • Bu gün, 20:45
    “Azarkeşlərin önündə nəticə üçün oynayacağıq” – Veliçko Kaplanoviç
  • Bu gün, 20:06
    "Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
  • Bu gün, 19:22
    ''Qalatasaray''ın sabiq üzvü Van Diyki şirnikləndirməyə çalışır
  • Bu gün, 18:51
    Kənan Zirədə meydanı xərəkdə tərk etdi
  • Bu gün, 18:22
    ''Əl-Nəssr'' uduzdu, Merih Dəmiral yenə sakit durmadı
  • Bu gün, 17:51
    “Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
  • Bu gün, 17:20
    "Sabah" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    "Zirə" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 16:28
    ''Milan''ın ulduzu ''Qalatasaray''lıların paylaşımlarını bəyəndi!
  • Bu gün, 15:57
    “Kim güclüdüsə, o da qalib gəlsin” – çempionluq oyunundan əvvəl belə dedi
  • Bu gün, 15:26
    ''Qalatasaray'' türkiyəli forvardın transferini bitirməyə çalışır
  • Bu gün, 14:55
    ''Əl-Nəssr''dən növbəti fiasko - Ronaldo gümüş medalı almaqdan imtina etdi
  • Bu gün, 14:44
    Şenol Günəş Sərgən Yalçını əvəz edəcəyi ilə bağlı iddialar haqda nələr dedi?
  • Bu gün, 14:13
    Daha üç medalın bir addımlığında...
  • Bu gün, 14:09
    Çempion Elgiz Kərəmli "Şəfa"dan ayrılmaq istəmir - ona hardan təklif gəlib?
  • Bu gün, 14:06
    ''Siti''nin ulduzu ''Arsenal''a söz atdı - ''Əsas rəqibimiz ''Liverpul'' olub''
  • Bu gün, 13:56
    ''Qalatasaray'' çempionluq kubokuna qovuşdu - TFF-dən heç kim tədbirə qatılmadı!
  • Bu gün, 13:46
    Misli premyer-liqasından dünya çempionatına kim gedəcək? – hər şey Kannavarodan asılıdı!
  • Bu gün, 11:55
    "Kolambus Kryu" xal itirdi, Nəriman oynamadı
  • Bu gün, 11:18
    Ayxan Abbasov Şamaxıda azarkeşlərlə vidalaşdı
  • Bu gün, 10:51
    “Cəmi 9 oyuna çıxdım, amma üç qol vurdum” - Araz Abdullayev Yevlaxda qalır, yoxsa gedir?
  • Bu gün, 10:18
    "Sabah" - "Neftçi" oyununa nə qədər bilet satılıb?
  • Bu gün, 10:00
    Cəlal yenə qol vurdu
  • Dünən, 23:55
    "İnqilab Məmmədovu təhqir etməmişəm" - Asif Məmmədov AFFA-nın qərarından narazıdı
  • Dünən, 23:21
    Altıncı gündə beş medal - AÇ
  • Dünən, 22:50
    “Qarabağ” AL-də mübarizəyə hansı mərhələdən başlayacaq?
  • Dünən, 22:38
    "Hakim barədə, ümumiyyətlə, danışmaq istəmirəm" - Kurban Berdiyev
  • Dünən, 22:07
    “Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
  • Dünən, 21:47
    99 mükafat: 34 mövsüm, 21 komanda
Daha çox
Oxunub: 544
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 284
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 264
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 249
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 211
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə