“Qəbələ”nin bütün oyunlarını izləyirəm, sadəcə...” – Elmar Baxşıyev

5.04.2024 11:00 203
Ölkə futbolu / Manşet
Misli premyer-liqasında “Qəbələ”nin elitada qalmaq üçün birbaşa rəqabət apardığı “Kəpəz”ə məğlub olması və aradakı xal fərqinin 8-ə çatması səbəbindən Elmar Baxşıyevin istefa verdiyini bilirsiz.

Görəsən, təcrübəli mütəxəssis indi hardadı, təkliflər varmı? 43 yaşlı çalışdırıcının “Football-plus.az”a söylədikləri:

“Hazırda heç bir təklif yoxdu. Xarici klublardan da təklif olarsa, hamının xəbəri olacaq”.

Yeri gəlmişkən, ölkə kubokunun yarımfinalının Zirə " - "Qəbələ" matçını izlədizmi? “Qəbələ”nin bütün oyunlarını izləyirəm, sadəcə, şərh vermək istəmirəm”.

ƏSƏD SEYİDOV