Geridə qalan 29 turda bir-birindən maraqlı oyunlar baş tutdu, gözlənilməz nəticələr qeydə alındı. Artıq 3 klub avrokuboka vəsiqəni təmin edib. "Qarabağ" çempionluğa daha yaxındı. 4-cü yer uğrudan "Zirə" ilə "Qəbələ" arasında amansız mübarizə gedir. İkinci "5-lik" komandaları isə elitada qalmaq üçün çarpışır.
"Football-plus.az" saytı olaraq çempionatın gedişatı və komandaların şansları haqda Əfqan Talıbovun fikrini öyrəndik:
"Son pilləni tutan komanda 1-ci diviziona yuvarlanacaq. Bu çempionatımızı maraqlı edir. Amma şəxsi qənaətim budu ki, bu mövsüm də heç bir komanda elitanı tərk etməyəcək. Baxmayaraq ki, mən idman prinsipinə əsasən sonuncunun aşağı liqaya düşməsinin tərəfdarıyam. AFFA 1-ci divizion komandalarına nə qədər maddi yardım ayırsa da, onların infrastrukturu bərbaddı. Bu da elitada oynamalarına mane olur.
Şübhəsiz ki, "Qarabağ" çempiondu. Bu, qarşıdakı turlarda rəsmləşəcək. “Sabah” son oyunda autsayder "Səbail"ə məğlub olsa da, 2-ci yeri heç kimə güzəştə gedən deyil. "Neftçi" çempionat yolunda avrokuboka vəsiqəni təmin etdiyindən əsas diqqətini ölkə kubokuna yönəldib. 4-cü yer uğrunda "Zirə" ilə "Qəbələ" arasında gərgin mübarizə davam edir. Düşünürəm ki, şəxsi oyunlar daha çox rol oynayacaq ki, burda da "qırmızı-qaralar" üstündü. Qəsəbə təmsilçisiylə müqayisədə "Qəbələ" iki “cəbhə”də savaşır və avrokubok şansları daha çoxdu. "Zirə" 4-cü yeri tutsa da, avrokuboka qatılması "Neftçi"nin kubokda qalib gəlməsindən asılıdı. Amma inanmıram ki, Elmar Baxşıyevin komandası 4-cü yeri rahat əldən buraxsın. "Qəbələ" həm istək, həm sərgilədiyi oyun, həm də mövcud vəziyyət baxımından avrokubokda oynamağa daha çox layiqdi".

ABDULLA İSMAYILOĞLU