Ronaldo kobud hərəkətinə görə “2” aldı

12.04.2024 13:55 166
Dünya futbolu
Kriştiano Ronaldo 2 oyunluq cəza alıb.

“Əl-Nəssr”in hücumçusu Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal mərhələsinin “Əl-Hilal”a qarşı matçında rəqib oyunçulardan birinə dirsəyi ilə zərbə endirdiyi üçün bu cəzaya məruz qalıb. Portuqaliyalı futbolçu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Səudiyyə Ərəbistanı Pro Liqasının qaydalarına əsasən, aqressiv davranışa yol verən futbolçu ikioyunluq cəzalandırılır və 20 min riyal (4911 avro) cərimələnir.