Ronaldo operatoru şoka saldı

20.09.2023 21:51 239
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatının son turunun oyununda məyusedici hadisə baş verib. Epizodun səbəbkarı Kriştiano Ronaldo olub.

"Football-plus.az" xəbər verir ki, “Əl-Raed” - “Əl-Nəssr” oyununda qonaq komandanın ulduz futbolçusunun güclü cərimə zərbəsindən sonra top qapının arxasında çəkiliş edən operatorun başına dəyib. Bu səbəbdən telekanalın işçisi bir anlıq səndələyib. Qeyd edək ki, oyun “Əl-Nəssr”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo komandasının 3-cü qolunu vurub.

Səudiyyə Ərəbistanı çempionatında 6 turda sonra “Əl-Hilal” 16 xalla liderdi. Hesabında 12 xal olan “Əl-Nəssr” 6-cı yeri tutur. Bombardirlərin siyahısına isə 7 qolla Ronaldo başçılıq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul