“Əl-Nəssr” Joze Mourinyoya təklif irəli sürüb.
"Football-plus.az" xəbər verir ki, “As” qəzetinin məlumatına görə, baş məşqçi Rudi Qarsiyanı istefaya göndərdiyini tezliklə açıqlayacaq klub bu vəzifədə portuqaliyalı mütəxəssisi görmək istəyir. “Əl-Nəssr” “Roma”nın baş məşqçisi Mourinyoya 2 illik müqavilə təklif edib. O, Səudiyyə Ərəbistanı klubuna müsbət cavab versə, 2 ilə 100 milyon avro (illik 50 milyon avro) qazanacaq və dünyanın ən çox maaş alan məşqçisi olacaq.
Qeyd edək ki, “Əl-Nəssr”də portuqaliyalı mütəxəssisin həmyerlisi Kriştiano Ronaldo oynayır. Ulduz futbolçu vaxtilə Mourinyo ilə “Real”da birgə işləyib.