• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” çempion olandan sonra da rəhm etmir - REPORTAJ

Premyer-liqa / Manşet

9-04-2024, 20:0

Köhnə-yeni çempion “Qarabağ”ın meydana, demək olar ki, əsas heyətlə çıxması qalan oyunlara da ciddi yanaşmasının göstəricisi idi.

Yəni komanda xal ehtiyatını daha da artırmaq, futbolçuların formasını qorumaq üçün əlindən gələni edəcəkdi. “Səbail” isə çempionatın ən güclüsünü devirməyi, avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirməyi düşünürdü. İlk dəqiqələrdə hər iki tərəfin qarşılıqlı hücumlar qurması gözdən qaçmadı. Qonaqların aqressiv və istəkli çıxışı isə hesabın erkən açılmasıyla nəticələndi. Daha dəqiqi, Silva Quetaya mane olmaq istəyirdi ki, portuqaliyalı yarımmüdafiəçinin zədələnməsinə səbəb oldu. Bu anda topun meydandan çıxması “dənizçilər”ə künc zərbəsi qazandırdı. Rüfət hələ Queta meydana qayıtmadan topu oyuna daxil etdi. Bardeanın 7-ci dəqiqədə zaman və mövqe baxımından düzgün seçimi baş zərbəsiylə hesabı açmasına səbəb oldu. Əlbəttə, burda Lunyovun topa inamsız çıxışı və biganəliyi də sual doğurmaya bilməz. “Səbail”in xoşbəxtliyi, qol sevinci uzun sürmədi. Hücumların intensivliyini artıran ağdamlılar 15-ci dəqiqədə hesaba tarazlıq gətirdi. “Qarabağ”ın qazandığı cərimə zərbəsi zamanı Benzya təxminən 25-30 metrlik məsafədən qapıya “raket” göndərdi. Belədə top qapı tirinə dəyərək tora qovuşdu. “Səbail”in “canlı sədd”i və qolkiperi çarəsiz idi - 1:1. “Köhlən atlar” 24-cü dəqiqədə növbəti dəfə fərqlənsə də, qol sayılmadı. Belə ki, Andrade Abbasla Nərimanın müdaxiləsindən sonra önünə düşən topu qapıya göndərdi. Lakin Abbasın ofsaydda olması sevinci qursaqda saxladı. Bu ərəfədə “Səbail”in oyunun əvvəlinə nisbətən “dişsiz” çıxışını izləyirdik. Odu ki, Benzyanın dubla imza atması çətin olmadı. Fransalı yarımmüdafiəçi 40-cı dəqiqədə Juninyonun ötürməsini qolla tamamladı – 2:1. Əlbəttə, burda Abbasın Alekseyin uzun ötürməsindən sonra topu bir neçə rəqib futbolçunun arasından braziliyalı hücumçuya çatdırması da gözdən qaçmadı. Beləliklə, birinci hissədə “Qarabağ”ın dinamik və aqressiv oyununu izlədiksə, buna uyğunlaşmaqda çətinlik çəkən “Səbail” gördük.

İkinci yarı da “Qarabağ”ın üstünlüyü şəraitində başladı. Artıq “dənizçilər”in yorğun və demək olar ki, məğlubiyyətlə barışmış siması hadisələrin axarına təsirsiz ötüşmürdü. 57-ci dəqiqədə Medina Benzyanın künc zərbəsindən göndərdiyi topu baş zərbəsiylə qapıdan keçirdi. Lakin kolumbiyalı müdafiəçinin epizodun əvvəlində Valdemarı yerə yıxaraq qayda pozuntusuna yol verməsi üzündən “köhlən atlar”ın daha bir qolu qeydə alınmadı. Ağdamlıların növbəti hücum cəhdi isə Nicat İsmayıllının “nöqtə”ni göstərməsiylə nəticələndi. Daha dəqiqi, Luqasi qol vurmaq cəhdiylə irəli atılan Juninyonu cərimə meydançası daxilində yerə yıxdı. Belədə “Səbail”in əleyhinə penalti verildi ki, qonaqları Toral cəzalandırdı. Səlahətin zərbənin yönünü tapması da işə yaramadı. Bundan sonra “Qarabağ” sakitləşdi. Amma “köhlən atlar” yenə də oyunun axarına nəzarət edirdi. Belədə Bayıl təmsilçisinin çox diqqətli olması və əks-hücumlardan maksimum istifadə etməsi vacib idi. Qonaqlar bunu 88-ci dəqiqədə bacardı. Rüfət təlbaşına xeyli irəliləyib “çərçivə”ni dəqiq nişan aldı. “Səbail” gənc yarımmüdafiəçinin baxımlı qolu sayəsində fərqi azaltdı. Oyunda son nöqtəni isə “Qarabağ” qoydu. Abbasın Diakabiyə ötürdüyü top Nərimana çatdı ki, sonuncu Səlahətlə mübarizədən qalib ayrıldı. Hakimin final fiti “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyasının 18-ə çatmasını rəsmiləşdirdi.

Gözdən qaçmadı
* Matçdan əvvəl “Səbail”in mərhum veteran futbolçusu Şəhriyar Rəhimovun xatirəsi yad olundu. Qeyd edək ki, o, 1989-cu il aprelin 6-da dünyaya göz açmışdı. “Dənizçilər” fanklubu “Şəhriyar, sən bizim qəlbimizdən” şüarıyla mərhumu andı.
* Bardea qol sevincini Diniyevi qucaqlamaqla göstərdi.
*“İmarət Tayfa” 13-cü dəqiqədən sonra tribunalarda yerini aldı.
* Qurban Qurbanov 60-cı dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

5-03-2024, 18:0

“Qarabağ” Azərbaycan derbisini ardıcıl 4-cü dəfə qazandı! - REPORTAJ

Ölkə kuboku / Reportaj

11-02-2024, 19:0

“Zirə” “Səbail” səddini 3 qolla keçdi - REPORTAJ

Premyer-liqa / Reportaj

29-02-2024, 15:0

“Qəbələ” “Qarabağ”ın təzyiqini bir hissə dözdü - REPORTAJ

Premyer-liqa / Reportaj

18-12-2023, 14:0

“Qəbələ” yenə darmadağın oldu - REPORTAJ

Premyer-liqa / Reportaj

10-10-2023, 15:0

“Qəbələ” oynadı, “Səbail” qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

28-11-2023, 16:0

Adil Şükürov xalla başladı - REPORTAJ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə