• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” Azərbaycan derbisini ardıcıl 4-cü dəfə qazandı! - REPORTAJ

Premyer-liqa / Reportaj

5-03-2024, 18:0

Bu dəfə Azərbaycan derbisinə maraq yetərincə böyük idi.

“Neftçi” 2-ci yerə iddiasını qorumaq üçün çempionatın ən güclü komandasını məğlub etməliydi. “Köhlən atlar”ın isə çempionluğu daha erkən təmin etmək üçün hər oyuna qələbə istəyi ilə çıxması şübhə doğurmur.

Oyun yenicə başlamışdı ki, Yankoviç Mahmudova qarşı inanılmaz aqressivlik nümayiş etdirdi. Kapitanın ayağına sərt toxunuşa görə yerdə qaldı. Elçin Məsiyevin “davam” işarəsinə isə VAR mane oldu. Ədalət təmsilçisi videogörüntüləri izlədikdən sonra monteneqroluya sarı vərəqə göstərdi, halbuki vərəqənin rəngi qırmızı da ola bilərdi. Qarşılıqlı hücumların bir-birini izlədiyi görüşdə ilk təhlükəli vəziyyəti “Qarabağ” yaratdı. Lakin Rza Nərimanın hesabı açmasına imkan vermədi İki yerli futbolçunun mübarizəsindən qolkiper qalib ayrıldı. Ardımdam Bədavi tərs toxunuşla Boqomoslkinin cərimə meydançasında yaratdığı təhlükəni sovuşdurdu. “Neftçi”nin növbəti qol axtarışı Lunyovun Lebonun uzaqdan zərbəsini dəf etməsiylə nəticələndi. Bu yöndə sıra “Qarabağ”da idi. Odu ki, ağdamlılar rəqib üzərində təzyiq yaradıb meydanda söz sahibi olmaq üçün irəli atıldı. Andradenin Benzyaya ötürdüyü top sonda Zubirdə qaldı. Fransalı yarımmüdafiəçi isə “çərçivə”ni düzgün nişan almadı. Çox keçmədən qonaqların növbəti zərbəsi boşa çıxdı. Çünki Veşoviç Zubirin ötürməsini qapıya yönəltsə də, Rza yerində idi. Meydan sahiblərinin qolkiperi bütün bunlardan sonra Yankoviçlə Benzyanın da qol vurmaq cəhdlərinə mane oldu. Beləliklə, 1-ci hissədə həm tribunalarda, həm də meydanda gərgin mübarizə getdi. Düzdü, “Qarabağ” hücumların kəsəri baxımından “Neftçi”ni üstələyirdi. Lakin bu, hesabın açılması üçün bəs etmədi.

İlk yarının axarı ikincinin də gərgin olacağından xəbər verirdi ki, belə də oldu. Hissə başlar-başlamaz “Qarabağ” hesabı açdı. Lakin bu qola görə Nərimanı tərifləməkdən daha çox Qaranı tənqid etmək lazımdı. Təcrübəli futbolçu sanki biranlıq əynində “Neftçi”nin yox, “Qarabağ”ın forması olduğunu düşündü. Nərimana bir növ “al, at” ötürməsi verdi. Bu səhvin təəssüratı unudulmamış Matias “səhnəyə çıxdı”. Bakılıların braziliyalı müdafiəçisi cərimə meydançası həndərəvərində driblinq bacarığını işə salmaqla kobud səhvə yol verdi. Daha doğrusu, aldatmağa çalışdığı Zubirin ondan da yaxşı driblinq həvəskarı olduğunu unutdu. Abdullanın fərqi artırmaq cəhdinin qarşısını Rza kobudluqla aldı. Referi dərhal “nöqtə”ni göstərdi ki, Toral da zərbəni dəqiq yerinə yetirərək komandasının üstünlüyü möhkəmləndirdi – 0:2. “Qarabağ” kimi rəqiblə oyunda axmaq səhvlər üzündən iki qol buraxırsansa, məğlubiyyətlə barışmalısan. İş ondadı ki, “Neftçi” barışmaq istəmədi və 68-ci dəqiqədə penalti qazandı. Meydan sahiblərinin yerinə yetirdiyi künc zərbəsindən sonra Benzyanın qapı önündə topa əllə toxunması şübhəsi yarandı. Epizodu VAR-da incələyən Məsiyev yenə “nöqtə”ni göstərdi ki, Ozobiç 71-ci dəqiqədə fərqi minimuma endirdi. Qol “Neftçi”nin xal ümidini cücərtdi. Bakılılar son dəqiqələrə qədər hücum etdi. Komandalardan biri böyük qüvvə ilə hücuma atılırsa, müdafiədə boşluqlar verməsi təbiidi. “Qarabağ” belə boşluqlardan iki dəfə ustalıqla yararlandı. Juninyonun ötürməsindən sonra qapıçı ilə təkbətən çıxan Toral fərqi artırdısa, lap sonda Silvanın Rzadan dönən zərbəsini Leandro tamamladı. Beləliklə, “Qarabağ” cari mövsümdəki məğlubiyyətsiz oyunlar seriyasını 14-ə, Azərbaycan derbisində isə 11-ə çatdırdı.

Gözdən qaçmadı
* “Forza Neftçi” fanklubu “Əziz bakılılar və şəhərimizin qonaqları” sözlərinin yazıldığı pankart nümayiş etdirdi. Onlar həmçinin “Ağdam susub, sizi gözləyir” şüarını səsləndirdi.
* “İmarət Tayfa” meydan sahiblərinin məğlubiyyəti rəsmiləşdikdən sonra “Elçin, “Neftçi”ni çempion elə”, - deyə qışqırır və Bojoviçi istefaya səsləyirdi.
* Matç bitəndən sonra meydana kənar şəxslər daxil oldu.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

3-03-2024, 18:0

Elçin Məsiyev “Qarabağ”a qələbə, “Neftçi”yə məğlubiyyət “bəxş edib” – Azərbaycan derbisinə doğru

Premyer-liqa / Reportaj

13-02-2024, 21:0

“Qarabağ” “Braqa” ilə oyun ərəfəsində 3 qol buraxdı - REPORTAJ

Reportaj / Avropa Liqası

2-12-2023, 11:0

Bəhlul “Qarabağ” üçün pley-offun qapısını araladı - REPORTAJ

Reportaj / Avropa Liqası

19-08-2023, 11:0

“Qarabağ” ardıcıl 10-cu dəfə qrupa düşdü! - REPORTAJ

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Premyer-liqa / Reportaj

14-03-2023, 13:0

“Qarabağ” 17-ci medalı və avrokuboklara vəsiqəni təmin etdi - REPORTAJ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə