• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” “Qarabağ”ın təzyiqini bir hissə dözdü - REPORTAJ

Premyer-liqa / Reportaj

29-02-2024, 15:0

“Qarabağ”ın “Braqa” ilə oyununa görə təxirə salınan bu görüşün önəmini artıran daha bir məqam var idi.

İş ondadı ki, oyun ərəfəsində “Qəbələ”nin baş məşqçi postunda dəyişiklik olmuşdu. “Qırmızı-qaralar”ı Qurban Qurbanovun yenilməz armadasının qarşısına Elmar Baxşıyev yox, Kaxaber Sxadadze çıxarmışdı. Gürcü mütəxəssis sonuncu dəfə 2015-ci ildə - “İnter”in baş məşqçisi olduğu zaman Qurbanovun “Qarabağ”ı ilə üz-üzə gəlmişdi. Fəqət nə indiki “Qəbələ” o vaxtkı “İnter”, nə də “Qarabağ” həmin “Qarabağ” deyil. 9 ildən sonra yenidən bu iki mütəxəssisin duelinin şahidi olduq.

Hakimin start fiti ilə “köhlən atlar” oyuna başladı. İlk dəqiqələrdə tərəflərin hansısa ciddi təzyiqini görmədik. Sakit ötürmələrlə davam edən matçda ara-sıra əks-hücumların şahidi olduq. İrəliləyən dəqiqələrdə isə oyunda canlanma hiss olunurdu. Qonaqların topa nəzarəti şəraitində meydan sahiblərinin də qısa ötürməli hücumları başlayırdı. İlk təhlükəli vəziyyəti Sxadadzenin komandası yaratdı. 14-cü dəqiqədə Almeydanın yanlış ötürməsi zamanı topu ələ keçirən Bilelin qapıya çox da qüvvətli olmayan zərbəsi “çərçivə”dən azca aralı keçdi. İlk yarıda ən real qol vəziyyəti uzatma dəqiqələrində qeydə alındı. Atanqananın qapını tərk edərək irəli çıxması zamanı əks-hücumda rəqibini yaxalamış Diakabi topu qapıçının ayaqları arasında keçirsə də, “çərçivə”dən keçirə bilmədi. İkinci yarıya qonaqlar fəal başladı. Çox keçmədən bu fəallıq bəhrə verdi. Leandronun qapı qarşısına ötürməsini Diakabi qolla tamamladı - 0:1. Hesabda geri düşən qəbələlilər 52-ci dəqiqədə işlərini bir az da çətinə saldılar. Aba Akalın Diakabiya qarşı kobudluğu Tural Qurbanovun cibindən birbaşa qırmızı vərəqə çıxarmasına səbəb oldu. Azlıqda oynayan meydan sahibləri tezliklə daha bir çətinliklə üzləşdi. 59-cu dəqiqədə əllə oyuna görə hakim “Qəbələ”nin qapısına penalti təyin etdi. Topun arxasına keçən Almeyda hədəfdən yayınmadı - 0:2. “Qırmızı-qaralar” başverənlərin şokundan ayılmamış növbəti topu qapısında gördü. 65-ci dəqiqədə Qırtımovun əvəzinə meydana çıxan Rauf topa üçüncü toxunuşunda kobud səhvə yol verdi. Ötürmənin qeyri-dəqiqliyindən yararlanan Nəriman növbəti qolun müəllifi oldu - 0:3. Sxadadzenin ilk matçı heç də yaxşı nəticələnmədi. Komandasını çarəsiz durumdan xilas etmək isə mümkün deyildi. Qarşılaşmada sonuncu nöqtəni “Braqa” ilə oyunun qəhrəmanı Yankoviç qoydu - 0:4. Beləliklə, 9 ildən sonrakı növbəti dueldə Qurbanov həmkarına rəhm etmədi. Debüt matçı Sxadadze üçün hədsiz uğursuz oldu.

Gözdən qaçmadı
* Komandalar meydana çıxarkən yerli azarkeşləri Sxadadzeni alqışlarla qarşıladı.
* Həm “Qarabağ Ordu”, həm də “İmarət Tayfa” tribunada yerini tutmuşdu.
* “Red Black Army”nin üzvlərinin azlığı gözdən qaçmadı.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-02-2024, 10:0

Kaxaber Sxadadze Misli premyer-liqasının tarixinə düşdü

Premyer-liqa / Manşet

28-02-2024, 20:0

“Qarabağ” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Manşet / Avropa Liqası

9-11-2023, 18:0

"Qarabağ" "Bayer-04"dən xal ala biləcək” – nikbin proqnoz

Premyer-liqa / Manşet

25-02-2024, 21:0

Kaxaber Sxadadze "Qəbələ"də

Premyer-liqa

18-05-2022, 15:0

Azərbaycan derbisi rəqəmlərin gözü ilə

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Bu gün, 18:20
    Milli komandada ciddi itki
  • Bu gün, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Bu gün, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Bu gün, 16:57
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Bu gün, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 222
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 214
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 205
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə