"Real"ın yarımmüdafiəçisi Daniel Sebalyos yayda klubunu dəyişmək qərarına gəlib.
“Football-plus.az” xəbər verir ki, “Cadena Ser”in məlumatına görə, 27 yaşlı futbolçu “Real”ın baş məşqçisi Karlo Ançelottinin ona ayırdığı oyun vaxtından narazıdı. İspaniyalı oyunçu Madriddə qala bilər: onunla “Atletiko” maraqlanır.
Sebalyosun “Real” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında sona çatacaq. Yarımmüdafiəçi bu mövsüm 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.