Uzun müddətdi, zədədən əziyyət çəkən ''Yuventus'' və Türkiyə yığmasının ulduzu Kənan Yıldızdan xəbər var.
Müalicə prosesini başa vuran istedadlı futbolçu artıq neçə müddətdi, xüsusi proqramla fərdi məşqlərə başlayıb. Onun dekabrın ortalarından etibarən sıraya dönəcəyi güman edilir.
İtaliya mətbuatının yazdığına inansaq, baş məşqçi Luçano Spallettinin hücumdakı əsas silahlarından olan 21 yaşlı futbolçu dekabrın 14-də ''Montsa'' və dekabrın 19-da ''Roma'' ilə oyunlarda artıq komandasına yardım edə biləcək. Kənanın məşq tempi pilləli şəkildə artırılacaq. Yıldız mövsümün ilk turunda ''Parma'' ilə oyunda zədələnmiş, müayinə zamanı onun sümüyündə qırıq aşkarlanmışdı.
''Yuve''nin göz bəbəyi daha sonra avqustun 31-də Almaniyanın Aqusburq şəhərində dabanından əməliyyat olunmuşdu. Uğurlu keçən əməliyyatın ardından iki ay futboldan kənar qalan Kənan bu müddəti doğulduğu Reqensburq şəhərində keçirmişdi.
Müalicə prosesinin ardından Turinə qayıdan ulduz vinger çalışmalara başlayıb. Yıldızın mövsümün ikinci dövrəsində Spallettinin əsas silahlarından olacağı gözlənilir.
Türkiyəli ulduz əməliyyatdan sonra artıq geri dönməyə hazırlaşır
Dünya futbolu




