London klubunu tərk edəcək

7.02.2024 23:19 159
Dünya futbolu
Tomas Parti mövsümün sonunda klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, “Arsenal” rəhbərliyi bu mövsüm tez-tez zədələnən futbolçunu yayda satmaq qərarına gəlib. Ötən ilin oktyabrında zədələnən futbolçu hələ də sıraya dönməyib. Qanalı yarımmüdafiəçi bu mövsüm premyer-liqada 4 oyun keçirib.

Tomasın “Arsenal”la müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacaq.