Yeni mövsümdən avrokubok matçlarını Türkiyədə yayınlayacaq kanalın adı bəlli olub.
Acun Ilıcalının sahibi olduğu ''Exxen'' digital platforması Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Avropa superkubokunun Türkiyədəki yayın haqqını dörd illiyə sahib çıxıb.
Tenderdə ''Bein Sports''la ''Exxen'' arasında ciddi rəqabət yaşanıb. ''Exxen'' sonda illik 82 milyon avro, yəni ümumilikdə 328 milyon avro ödəməyə razı olub. Ancaq bu rəqəmlər rəsmi deyil və yalnız Türkiyə mətbuatında gedən iddialardı.
Qeyd edək ki, Acun Ilıcalının kanalı ikinci dəfə avrokubokların yayın haqqına sahib çıxıb. ''Exxen'' daha öncə 2021-24-cü illərdə də avrokuboklar matçlarını yayınlamışdı. Həmin dönəmdə kanalda ciddi nöqsanlar olmuş və bu, izləyicilərin çoxsaylı narazılığı ilə müşaiyət olunmuşdu. 2024-də TRT tenderin qalibi olaraq üçillik müddətə yayın haqqını ələ keçirmişdi.
Beləliklə, 2027-dən etibarən qardaş ölkədə avrokubok matçları yenidən ''Exxen'' yayınlayacaq.
Türkiyədə avrokubok oyunları artıq bu kanalda yayınlanacaq
Dünya futbolu





