Hər ötən gün səviyyəsini yüksəldən, artıq dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunan və son olaraq Belçika ilə oyunda cərimə zərbəsindən möhtəşəm bir qol vuran Arda Gülərin ''Real''dakı gələcəyi ilə bağlı yeni xəbər var.
İddialara inansaq, Joze Mourinyo ''Real'' rəhbərliyindən 4 futbolçu - Arda Gülər, Bellingem, Valverde və Çuameni ilə tezliklə yeni müqavilə imzalanmasını tələb edib. ''Real''ın gənc ulduzu ilə yeni müqavilə mövzusunda anlaşma əldə etməsinə dair xəbərlər hələ ötən ay İspaniya mətbuatında peyda olmuşdu. İndi də tərəflər arasındakı anlaşmanın detalları bəlli olub.
''El Debate'' nəşrinin məlumatına görə Madrid nəhəngi 21 yaşlı futbolçu ilə beşillik, yəni 2032-ə qədər müqavilə imzalayacaq. Onun əvvəlki müqaviləsi 2029-a qədər nəzərdə tutulmuşdu. Hazırda bonuslardan əlavə illik 6,25 milyon avro qazanan türkiyəli futbolçunun maaşı isə yeni müqavilədən sonra 8 milyon avroya yüksəldiləcək.
Hər halda ''Real'' rəhbərliyi Ardaya məhz bu məbləği təklif edib və İspaniyanın paytaxtından ayrılmaq istəməyən istedadlı oyunçunun bunu qəbul edəcəyi gözlənilir. Bu da o deməkdi ki, yeni müqavilədən sonra Arda bonuslardan əlavə həftəlik 153846 avro, günlük 21917 avro qazanacaq.
Gülər bu mövsüm iştirak etdiyi 14 rəsmi oyunda aktivinə 4 qol, 7 məhsuldar ötürmə yazıb.
Arda Gülərin yeni maaşı nə qədər olacaq?
Dünya futbolu





