Nəhayət, Luka Modriçin “Real”dakı aqibəti müəyyənləşib. O, komandanı növbəti mövsümün sonunda tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, “Real”ın xorvatiyalı yarımmüdafiəçisi Madrid klubu ilə müddəti gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil. O, komandadan ayrılmaq istəyir. Modriç “Real”da 2012-ci ilin avqustundan çıxış edir. “Transfermarkt” portalı Lukanın hazırkı transfer dəyərini 10 milyon avro qiymətləndirir.
38 yaşlı futbolçu bu mövsüm İspaniya çempionatında 16 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.