"Komandanın psixoloji durumuna təsir göstərmək istəmirəm" - İslam Kərimov U-17 ilə U-19-un məğlubiyyətləri haqda nə dedi?

16.11.2026 11:02 0
Ölkə futbolu / Manşet
U-17 və U-19 milli komandalarımız Avropa çempionatının seçmə mərhələsində çıxışını davam etdirir. Təəssüf ki, ilk iki matçda U-17 Almaniyaya 0:7, Şimali İrlandiyaya 0:4, U-19 Monteneqroya 2:7, Serbiyaya 0:4 hesabı ilə məğlub olub. Xalsız qalan komandalar sonuncu pillədədi.

Uğursuzluqların səbəbi, belə məğlubiyyətlər fonunda Azərbaycan futbolunun gələcəyini necə gördüyü haqda fikirlərini öyrənmək üçün "Neftçi"nin aşağı yaş qrupları üzrə əlaqələndiricisi, əməkdar məşqçi İslam Kərimova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Oyunları izləyirəm, nəticələrdən xəbərdaram. Mən U-17 millisində çalışarkən Avropa çempionatının seçmə mərhələsində qələbələr qazanmışdıq. Türkiyə, Şotlandiya və Ukraynanı məğlub etmişdik, mərhələ adlamışdıq. Federasiyada fikrimi bildirmişəm. Ancaq mətbuata danışmaq doğru olmaz. Hələ qarşıda oyunlar var. Komandanın psixoloji durumuna təsir göstərmək istəmirəm. Buna mənəvi cəhətdən haqqım yoxdu. Matçlardan sonra ətraflı açıqlama verə bilərəm".

KƏNAN BAHADIR