Luka Modriçin “Real”da qalıb-qalmayacağına aydınlıq gəlib.
"Football-plus.az" xəbır verir ki, xorvat yarımmüdafiəçi mövsümün sonunda Madrid klubunu tərk edəcək.
“Sport.es” portalının yaydığı xəbərə görə, rəhbərlik təcrübəli futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib. Lukanın “Real”la müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
O, “kral klubu”nda 2012-ci ildən çıxış edir. Modriç cari mövsümdə bütün turnirlərdə 18 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.