Boksçularımızın ilk rəqibləri bəlli oldu - AÇ

16.11.2026 13:04 0
İdman
Xorvatiyanın Poreç şəhərində keçiriləcək boks üzrə U-23 Avropa çempionatının püşkü atılıb.

"Football-plus.az" Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, püşkdə millimizin üzvlərinin də ilk rəqibləri bəlli olub.

50 kq
Bilalhəbaşi Nəzərov – Katalin Turku (Moldova)

55 kq
Zidan Hümbətov – Badreddin Burauia (İtaliya)

60 kq
Məhəmmədəli Aşırəliyev – Georgios Pleas (Yunanıstan)

65 kq
Əli Abdullayev – Artur Kuzmenko (Ukrayna)

70 kq
Nicat Alırzayev – İdriss Əhməd Xlifi (Belçika)

75 kq
Abbasqulu Şadlinski – Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi

+90 kq
Səbuhi Əlizadə – İşxan Hovsepyan (Ermənistan)

39 ölkədən 276 idmançının qatıldığı çempionatın qaliblərinin adına noyabrın 24-də aydınlıq gələcək.